| 
								
								Noyabrın 19-da S.C.Pişəvəri adına Respublika  
								Humanitar  Fənlər Gimnaziyasında konfrans 
								zalının açılışı oldu. 
								
								Tədbirdə gimnaziyanın direktoru Novruz  Dəmirov 
								konfrans zalında qoyulmuş kompüter vasitəsilə 
								ekranda gimnaziyanın  ümumi fəaliyyəti və 
								qazandığı uğurlar haqqında məlumat verdi.Qeyd 
								olundu ki, "Ən yaxşı ümumtəhsil məktəbi"  
								müsabiqəsinin qalibi olan gimnaziyanın 41 
								sinfində 1258 şagird təhsil alır.Bu gün onların 
								yaxşı oxumaları üçün hər cür şərait yaradılıb. 
								
								Tədbirdə  iştirak edən təhsil naziri Misir 
								Mərdanov konfrans zalının tərtibatından razı 
								qaldığını bildirdi. Bir sıra məsələlərə 
								münasibətini bildirən nazir gimnaziya haqqında 
								və pedaqoji kollektivin qarşısında duran 
								vəzifələrdən söz açdı. 
								
								Sonda Təhsil Nazirliyinin şöbə müdirlərindən 
								F.Qədirov, A.Əhmədov, F.Şahbazlı və başqalarının 
								çıxışları oldu və gimnaziyanın gələcək 
								fəaliyyəti  ilə  əlaqədar təkliflər səsləndi.   
								
								
								Şakir CƏFƏROV |