| 
								
								Oktyabrın 29-da Azərbaycan Prezidenti İlham 
								Əliyev və xanımı Mehriban Əliyeva Ağsu şəhərində 
								Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa 
								olunacaq Uşaq-Gənclər Bədii Yaradıcılıq 
								Məktəbinin təməlqoyma mərasimində iştirak 
								etmişlər.  
								
								Dövlətimizin başçısına məlumat verildi ki, Ağsu 
								şəhər Uşaq-Gənclər Bədii Yaradıcılıq Məktəbinin 
								tikintisi üçün 560 kvadratmetr torpaq sahəsi 
								ayrılmışdır. Heydər Əliyev Fondunun "Yeniləşən 
								Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində 
								inşa ediləcək məktəb ikimərtəbəli olacaqdır. 
								Smeta dəyəri 650 min manat olan binanın 
								tikintialtı sahəsi 400 kvadratmetrdir. Bədii 
								yaradıcılıq məktəbində sinif, müəllimlər, dərnək, 
								direktor otaqları, müxtəlif tədbirlərin 
								keçirilməsi üçün zal nəzərdə tutulmuşdur. 
								Tikintinin 2010-cu ildə başa çatdırılması 
								planlaşdırılır.  
								
								Prezident İlham Əliyev kapsulu bünövrəyə buraxdı, 
								beton qarışığı tökdü.  
								
								Mehriban xanım Əliyeva da bünövrəyə beton 
								qarışığı tökdü.  
								
								İnşaatçılara tapşırıq və tövsiyələrini verən 
								dövlətimizin başçısı onlara uğurlar arzuladı.   
								
								
								AzərTAc |