| 
								
								Oktyabrın 31-də "Hyatt-Regency"otelində Bakı 
								Təhsil Məlumat Mərkəzinin təşkilatçılığı ilə 
								Malayziya ali təhsil ocaqlarının növbəti sərgisi 
								keçirildi. Sərgidə Təhsil Nazirliyinin və 
								Malayziyanın 5 universitetinin nümayəndələri, 
								ali məktəb müəllimləri, elm adamları, tələbələr 
								və KİV nümayəndələri iştirak edirdilər. 
								
								Sərgidə çıxış edən təhsil naziri Misir Mərdanov 
								Malayziyadan gələn qonaqları salamladı və bu 
								tədbirin  əsas təşkilatçısı olan  Bakı Təhsil 
								Məlumat  Mərkəzinin rəhbərliyinə təşəkkürünü 
								bildirdi. Qeyd etdi ki, Bakı Təhsil  Məlumat 
								Mərkəzi Təhsil Nazirliyi ilə uzun illərdir sıx 
								əməkdaşlıq edir. Xüsusən azərbaycanlı gənclərin 
								xaricdə təhsili ilə bağlı ciddi iş görürlər və 
								bu gün də  onların təşkilatçılığı  ilə  
								Malayziyadan böyük bir qrup təhsil işçisi 
								Azərbaycana gəlib.Onlar artıq iki gündür 
								Bakıdadır, Təhsil Nazirliyində görüşlər 
								keçiriblər. Azərbaycana gəlmiş Malayziya 
								universitetlərinin nümayəndələri də  öz  
								universitetlərinin tanıtmaq  məqsədi ilə  bu 
								sərgini keçirirlər. 
								
								Təhsil naziri Misir Mərdanov bildirdi ki, 
								Malayziya ilə Azərbaycan arasında çox sıx 
								əlaqələr mövcuddur. Təhsil sahəsindəki 
								əlaqələrin genişləndirilməsi və Azərbaycandan 
								Malayziya universitetlərinə təhsil almağa 
								gənclərin göndərilməsinə toxunan Misir Mərdanov 
								onu dedi ki,biz Malayziyada olarkən iki nəfər 
								azərbaycanlı gəncin bu ölkənin 
								universitetlərində təhsilin doktorantura 
								pilləsini bitirdiyinin də şahidi olduq. 
								
								  Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən 
								ikinci sərginin bu istiqamətdə irəliyə doğru bir 
								addım olacağını vurğulayan nazir Misir Mərdanov 
								çıxışının sonunda sərginin işinə  uğurlar 
								arzuladı. 
								
								Sonra tədbirdə Malayziya  Təhsil Nazirliyinin 
								nümayəndələri çıxış etdilər və onlar tədbir 
								iştirakçılarını maraqlandıran suallara cavab   
								verdilər.   
								
								
								Şakir CƏFƏROV |