| 
								
								
								Baden-Vürttenberq Torpağına səfər: tədbirlər, 
								perspektivlər  
								
								 Almaniya ilə ali təhsil sahəsində əməkdaşlığın 
								təməli hələ sovet dövründə Zigen Universiteti 
								ilə Azərbaycan Dövlət Neft Akademiyası arasında 
								Alman Akademik Mübadilə Xidməti (DAAD) təşkilatı 
								xəttilə qoyulmuşdur.  Sonralar Köln Tətbiqi 
								Elmlər İnstitutu bu istiqamətdə fəaliyyəti davam 
								etdirmişdir.  
								
								Azərbaycanın Avropa İttifaqı, o cümlədən 
								Almaniya ilə təhsil sahəsində əməkdaşlığının 
								əsas istiqamətlərindən biri TEMPUS layihələri 
								ilə bağlıdır.  
								
								1995-ci ildən etibarən Azərbaycanda həyata 
								keçirilən TEMPUS layihələri memarlıq, kənd 
								təsərrüfatı və regional       planlaşdırma, 
								avropaşünaslıq və beynəlxalq münasibətlər, 
								humanitar elmlər, turizm, universitetlərin 
								idarəolunması, ətraf mühit elmləri, 
								elektrotexnika və elektronika, bank işi, 
								müəllimlərin ixtisasartırması və 
								təkmilləşdirilməsi  və sair sahələri əhatə edir.
								 
								
								Bu layihələr çərçivəsində AzTU,  ADNA, SDU, 
								AMİU, MPİ-də qeyd olunan yeni ixtisas və 
								ixtisaslaşmalar üzrə bakalavr və magistr 
								hazırlığı həyata keçirilir.  |