| 
								
								Oktyabrın 29-da  Bakıdakı 29 nömrəli orta 
								məktəbdə psixoloq müəllim Rəfiqə Səmədzadənin 
								təşkilaçılığı ilə "Mənəviyyat və narkomaniya" 
								mövzusunda  tədbir keçirilib. Tədbirdə məktəbin 
								direktoru Ələddin Əliyev bildirib ki, 
								narkotiklərə nəzarət, narkomaniya ilə mübarizə 
								son  illərdə dünyada ümumbəşəri bir problem 
								olmuşdur. Buna  görə də  hər bir təhsil ocağında 
								bu məsələ ən ümdə məsələyə çevrilməlidir. 
								
								Tədbirdə iştirak edən millət vəkili Hüseynbala  
								Mirələmov qeyd edib ki, narkotiklərin təsiri 
								altında olan insanlar çox təhlükəli olurlar. 
								Müşahidələr göstərir ki,  narkomanlar təhsilə, 
								ailəyə, işə , dostlarına maraqlarını itirir   və 
								onlar  özlərini cəmiyyətdən təcrid edirlər. İndi 
								bu cür  tədbirlərin  məktəblərdə keçirilməsi çox 
								vacibdir  və şagirdlər arasında daim  
								maarifləndirmə işi aparılmalıdır. 
								
								Respublika Narkoloji Dispanserinin həkimi Zamin 
								Əliyev bildirib ki, narkomaniyadan əziyyət çəkən 
								insanlara bütün müalicə müddəti  ərzində ailənin 
								dəstəyi, əsl dost, qohum və  yaxınlarının normal 
								münasibəti tələb ounur. 
								
								Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi 
								Uğurlu Abbasov vurğulayıb ki, bu ümumbəşəri 
								problemin profilaktikası məsələlərində ölkəmizdə 
								məqsədyönlü  tədbirlər həyata keçirilir. Digər 
								çıxış edənlər  tədbirin məktəblilər arasında  
								xüsusi tərbiyəvi əhəmiyyətindən danışaraq 
								gələcəkdə  başqa təhsil ocaqlarında da belə 
								tədbirlərin keçirilməsini təklif ediblər.   
								
								
								Şakir CƏFƏROV |