| 
								
								Azərbaycan Respublikası Təhsil Nazirliyinin 
								"Qaynar xətt" xidmətinə (telefonlar: 496-34-82; 
								496-37-61; faks 496-37-61;   e-mail: 
								qaynar-xett@edu.gov.az) 2009-cu ilin 
								sentyabr-oktyabr aylarında  62 müraciət daxil 
								olmuşdur. Müraciətlərdən 3-ü sorğu xarakterli 
								omuşdur.  
								
								"Qaynar xətt" xidmətinə daxil olan müraciətlərin 
								böyük əksəriyyəti ümumtəhsil məktəbləri və 
								məktəbəqədər təbiyə müəssisələri ilə 
								əlaqədardır. Belə ki, Bakı şəhər ümumtəhsil 
								məktəblərindən 29, məktəbəqədər tərbiyə 
								müəssisələrindən 7 (cəmi 36), Gəncə və 
								Mingəçevir şəhər ümumtəhsil məktəblərindən 1, 
								Abşeron rayon ümumtəhsil məktəblərindən 3, 
								Yardımlı, Masallı və Quba rayon ümumtəhsil 
								məktəblərinin hər birindən 2, Biləsuvar, Şamaxı, 
								Daşkəsən, Tovuz, Ağstafa, Qazax, Xaçmaz, 
								Zaqatala rayonlarının hər birindən bir müraciət 
								daxil olmuşdur.  
								
								Bu müraciətlərdə yeni dərs ilinin başlanması ilə 
								əlaqədar təhsil müəssisələrində yaranan 
								problemlərdən bəhs olunur. Belə ki, müəllimlər 
								arasında dərs yükünün bölgüsü, valideynlərin 
								yaşayış yerinin dəyişməsi ilə əlaqədar 
								şagirdlərin bir məktəbdən digərinə köçürülməsi, 
								şagirdlərin dərsliklə təminatı, müəllimlərin 
								əməkhaqqının hesablanması, məktəbəqədər tərbiyə 
								müəssisələrinə uşaqların qəbulu və s. məsələlər 
								həmin müraciətlərdə yer almışdır. 
								
								3 nömrəli Bakı Peşə Liseyi ilə əlaqədar daxil 
								olan 1 müraciət şagird qəbulu ilə bağlı 
								olmuşdur. Daha 3 müraciət orta ixtisas 
								məktəbləri ilə əlaqədardır. Belə ki, Şəki Dövlət 
								Texniki  Kolleci, Mingəçevir Tibb Məktəbi və 
								"Odlar yurdu" özəl kolleci ilə əlaqədar 
								müraciətlərdə tələbələr sırasına bərpa, diplomun 
								verilməsi və təyinat bölgüsü ilə əlaqədar 
								məsələlərdən bəhs olunur. 
								
								Təhsil Nazirliynin "Qaynar xətt" xidmətinə daxil 
								olan  bütün müraciətlər araşdırılmış, müvafiq 
								tədbirlər görülmüş və müraciət müəlliflərinə 
								cavab verilmişdir.   
								
								
								Təhsil Nazirliyinin "Qaynar xətt" xidməti |