| 
								 
								
								
								Ümumi orta  təhsil pilləsində məzmun  xətləri  
								üzrə  təlim  nəticələri  
								
								
								
								1. Emal texnologiyaları 
								
								
								
								Şagird: 
								
								
								·         
								
								
								emal texnologiyalarının özünəməxsus xarakterik 
								cəhətlərini şərh edir; 
								
								
								·         
								
								
								emal prosesi üçün lazım olan materialları 
								seçərək çeşidləyir və istifadə üçün hazırlayır; 
								
								
								·         
								
								
								emal prosesinə hazırlıq mərhələsində nişanlama, 
								kəsmə, biçmə, tikmə, qida məhsullarının emalı, 
								birləşdirmə və quraşdırma bacarıqları nümayiş 
								etdirir; 
								
								
								·         
								
								
								emal texnologiyalarından istifadə edərək fərdi 
								qaydada və qrup tərkibində müxtəlif məmulatlar 
								hazırlayır, birgə fəaliyyət bacarıqları nümayiş 
								etdirir; 
								
								
								·         
								
								
								emal prosesində işin xarakterinə uyğun 
								təhlükəsizlik və sanitariya-gigiyena qaydalarına 
								əməl edir; 
								
								
								·         
								
								
								şəraitə və təbii imkanlara uyğun olaraq əmək 
								bacarıqları (becərmə, bəsləmə, tədarük, emal) 
								nümayiş etdirir*.  
								
								
								
								2. Texnika elementləri 
								
								
								
								Şagird: 
								
								
								·         
								
								
								texnoloji cihazları və alətləri təsnif edir, 
								texnoloji maşınların növlərini, quruluşunu və iş 
								prinsiplərini şərh edir; 
								
								
								·         
								
								
								məişətdə istifadə edilən texnoloji avadanlıqları 
								(maşınları, cihazları, qurğuları, alətləri) işə 
								hazırlayır və onlara texniki qulluq edir; 
								
								
								·         
								
								
								elektrik enerjisinin mahiyyətini, alınması, 
								ölçülməsi və istifadəsi yollarını, 
								elektrotexniki avadanlıqların (elektrotexniki, 
								radio-elektron və avtomatik cihazların, 
								qurğuların) iş prinsiplərini izah edir; 
								
								
								·         
								
								
								elektrotexniki avadanlıqlardan istifadə edir və 
								onlara xidmət bacarıqları nümayiş etdirir.  
								
								
								
								3. Məişət mədəniyyəti 
								
								
								
								Şagird: 
								
								
								·         
								
								
								ictimai yerlərdə mədəni davranış və ünsiyyət 
								qaydalarını şərh edir, dizayn bacarıqları 
								nümayiş etdirir; 
								
								
								·         
								
								
								təlim-tədris və yaşayış yerinin, interyerin 
								tərtibatı ilə bağlı təqdimatlar edir; 
								
								
								·         
								
								
								ailə və onun büdcəsinin idarəolunması haqqında 
								fikirlərini şərh edir; 
								
								
								·         
								
								
								sadə təmir-tikinti və dekorativ bəzək işlərini 
								yerinə yetirir.  
								
								
								
								4. Qrafika 
								
								
								
								Şagird:  
								
								
								·         
								
								
								məmulatın texniki spesifikasiyasını şərh edir; 
								
								
								·         
								
								
								əşyanın qrafik təsvirini, detalların çertyojunu, 
								əşya və detalların texnoloji xəritələrini çəkir 
								və oxuyur; 
								
								
								·         
								
								
								detalların birləşdirilməsi çertyojlarını və 
								yığma çertyojlarını yerinə yetirir.  
								
								
								
								Siniflər üzrə məzmun standartları  
								
								
								
								V SİNİF 
								
								
								
								V sinfin sonunda şagird:  
								
								
								·         
								
								
								əl alətləri və ondan istifadə etməklə emal 
								texnologiyalarını izah edir; 
								
								
								·         
								
								
								əl alətləri və ondan istifadə etməklə 
								hazırlanacaq məmulata görə iş yerini təşkil 
								edir, iş ardıcıllığını müəyyənləşdirir, emal 
								texnologiyaları seçir və məmulat hazırlayır; 
								
								
								·         
								
								
								tərəvəz bitkilərinin yetişdirilməsi 
								texnologiyasına aid bilik və bacarıqlar nümayiş 
								etdirir*; 
								
								
								·         
								
								
								elektrik enerjisinin mahiyyətini və onun 
								alınması yollarını izah edir; 
								
								
								·         
								
								
								sadə elektrik dövrəsi qurur; 
								
								
								·         
								
								
								ailədə mədəni davranış və ünsiyyət qaydalarını, 
								ailə büdcəsinin formalaşmasını şərh edir; 
								
								
								·         
								
								
								yaşayış yerlərində sadə təmir işlərini yerinə 
								yetirir; 
								
								
								·         
								
								
								düzbucaqlı detalları olan məmulatların 
								spesifikasiyasını şərh edir, qrafik təsvirini, 
								çertyojunu, texnoloji xəritəsini çəkir və 
								oxuyur.  
								
								
								Məzmun xətləri üzrə əsas və alt-standartlar  
								
								
								
								1. Emal texnologiyaları 
								
								
								
								Şagird: 
								
								
								
								1.1.      Emal texnologiyalarının özünəməxsus 
								cəhətlərini anladığını nümayiş etdirir. 
								
								
								1.1.1.   Əl alətlərindən istifadə etməklə emal 
								texnologiyalarını izah edir. 
								
								
								
								1.2.      Emal prosesinə hazırlıq işlərini 
								yerinə yetirir. 
								
								
								1.2.1.   Əl alətlərindən istifadə etməklə 
								hazırlanacaq məmulata görə iş yerini təşkil 
								edir. 
								
								
								1.2.2.   Əl alətlərindən istifadə etməklə 
								məmulatın hazırlanması üçün iş ardıcıllığını 
								müəyyənləşdirir. 
								
								
								1.2.3.   Əl alətlərindən istifadə etməklə 
								məmulatın hazırlanması üçün uyğun emal 
								texnologiyası seçir. 
								
								
								
								1.3.      Verilmiş materiallardan (oduncaq, 
								metal, plastik kütlə, parça, ərzaq) müxtəlif 
								məmulatlar hazırlayır. 
								
								
								1.3.1.   Verilmiş materiallardan bir sadə 
								detaldan ibarət məmulat hazırlayır. 
								
								
								1.3.2.   Bir sadə detaldan ibarət məmulat 
								hazırlayarkən tərtibat bacarıqları nümayiş 
								etdirir. 
								
								
								1.3.3.   Qrup tərkibində müxtəlif məmulatlar 
								hazırlayarkən birgə fəaliyyət bacarıqları 
								nümayiş etdirir. 
								
								
								1.3.4.   Məmulatların hazırlanması prosesində 
								işin xarakterinə uyğun təhlükəsizlik və 
								sanitariya-gigiyena qaydalarına əməl edir. 
								
								
								
								1.4.      Şəraitə və təbii imkanlara uyğun əmək 
								bacarıqları (becərmə, bəsləmə, tədarük, emal) 
								nümayiş etdirir*. 
								
								
								1.4.1. Tərəvəz bitkilərinin yetişdirilməsi 
								texnologiyasına aid bilik və bacarıqlar nümayiş 
								etdirir.  
								
								
								
								2. Texnika elementləri 
								
								
								
								Şagird: 
								
								
								
								2.1.      Texnoloji maşın, cihaz və vasitələr 
								haqqında biliklərə malik olduğunu nümayiş 
								etdirir. 
								
								
								2.1.1.   Əl alətlərini təsnif edir və növlərini 
								sadalayır. 
								
								
								2.1.2.   Elektrik enerjisinin mahiyyətini, 
								alınması yollarını izah edir. 
								
								
								
								2.2.      Texnoloji maşın, cihaz və vasitələrdən 
								istifadə bacarıqları nümayiş etdirir. 
								
								
								2.2.1.   Əl alətlərindən istifadə edir. 
								
								
								2.2.2.   Sadə elektrik mənbəyindən istifadə 
								edərək elektrik dövrəsi qurur.  
								
								
								
								3. Məişət mədəniyyəti 
								
								
								
								Şagird: 
								
								
								
								3.1.      Məişətdə zəruri hesab edilən bilik və 
								bacarıqlara yiyələndiyini nümayiş etdirir. 
								
								
								3.1.1.   Ailədə mədəni davranış və ünsiyyət 
								qaydalarını şərh edir. 
								
								
								3.1.2.   Yaşayış yerində sadə təmir işlərini 
								yerinə yetirir. 
								
								
								
								3.2.      Ailə və onun büdcəsinin idarəolunması 
								haqqında bilik və bacarıqlar nümayiş etdirir. 
								
								
								3.2.1.   Ailə büdcəsi və onun formalaşmasını 
								şərh edir.  
								
								
								
								4. Qrafika 
								
								
								
								Şagird: 
								
								
								
								4.1.      Məmulatların texniki spesifikasiyasını 
								şərh edir.  
								
								
								4.1.1.   Müxtəlif formalı detalları olan 
								məmulatların spesifikasiyasını şərh edir. 
								
								
								
								4.2.      Məmulat və onun detallarının texniki 
								sənədləşdirilməsi bacarıqlarını nümayiş etdirir. 
								
								
								4.2.1.   Düzbucaqlı detalları olan məmulatların 
								qrafik təsvirini, çertyojlarını, texnoloji 
								xəritəsini çəkir və oxuyur.  
								
								
								
								VI SİNİF 
								
								
								
								VI sinfin sonunda şagird:  
								
								
								·         
								
								
								mexanikləşdirilmiş əl alətlərindən istifadə 
								etməklə emal texnologiyalarını izah edir; 
								
								
								·         
								
								
								mexanikləşdirilmiş əl alətlərindən istifadə 
								etməklə hazırlanacaq məmulata görə iş yerini 
								təşkil edir, iş ardıcıllığını müəyyənləşdirir, 
								uyğun texnologiya seçir və məmulat hazırlayır; 
								
								
								·         
								
								
								meyvələrin yetişdirilməsi və tədarükü üzrə bilik 
								və bacarıqlar nümayiş etdirir*; 
								
								
								·         
								
								
								elektrik enerjisinin ötürülməsi və istifadəsi 
								yollarını izah edir; 
								
								
								·         
								
								
								cərəyan mənbəyindən istifadə etməklə elektrik 
								dövrəsi qurur; 
								
								
								·         
								
								
								məktəbdə mədəni davranış və ünsiyyət qaydalarını 
								şərh edir, sadə təmir işlərini yerinə yetirir; 
								
								
								·         
								
								
								ailə büdcəsinin müəyyənləşdirilməsi haqqında 
								fikirlərini şərh edir; 
								
								
								·         
								
								
								müxtəlif formalı detalları olan məmulatların 
								spesifikasiyasını şərh edir, qrafik təsvirini, 
								çertyojlarını, texnoloji xəritələrini çəkir və 
								oxuyur.  
								
								
								
								Məzmun xətləri üzrə əsas və alt-standartlar  
								
								
								
								1. Emal texnologiyaları  
								
								
								
								Şagird: 
								
								
								
								1.1.      Emal texnologiyalarının özünəməxsus 
								cəhətlərini anladığını nümayiş etdirir. 
								
								
								1.1.1.   Mexanikləşdirilmiş əl alətlərindən 
								istifadə etməklə emal texnologiyalarını izah 
								edir. 
								
								
								
								1.2.      Emal prosesinə hazırlıq işlərini 
								yerinə yetirir. 
								
								
								1.2.1.   Mexanikləşdirilmiş əl alətlərindən 
								istifadə etməklə hazırlanacaq məmulata görə iş 
								yerini təşkil edir. 
								
								
								1.2.2.   Mexanikləşdirilmiş əl alətlərindən 
								istifadə etməklə məmulatın hazırlanması 
								ardıcıllığını müəyyənləşdirir. 
								
								
								1.2.3.   Mexanikləşdirilmiş əl alətlərindən 
								istifadə etməklə məmulatın hazırlanması üçün 
								uyğun emal texnologiyası seçir. 
								
								
								
								1.3.      Verilmiş materiallardan (oduncaq, 
								metal, plastik kütlə, parça, ərzaq) müxtəlif 
								məmulatlar hazırlayır. 
								
								
								1.3.1. Verilmiş materialdan 2-3 detaldan ibarət 
								məmulat hazırlayır. 
								
								
								1.3.2.   2-3 detaldan ibarət məmulat 
								hazırlayarkən tərtibat bacarıqları nümayiş 
								etdirir. 
								
								
								1.3.3.   Qrup tərkibində müxtəlif məmulatlar 
								hazırlayarkən birgə fəaliyyət bacarıqları 
								nümayiş etdirir. 
								
								
								1.3.4.   Məmulatların hazırlanması prosesində 
								işin xarakterinə uyğun təhlükəsizlik və 
								sanitariya-gigiyena qaydalarına əməl edir. 
								
								
								
								1.4.      Şəraitə və təbii imkanlara uyğun əmək 
								bacarıqları (becərmə, bəsləmə, tədarük, emal) 
								nümayiş etdirir*. 
								
								
								1.4.1. Meyvələrin yetişdirilməsi və tədarükü 
								üzrə bilik və bacarıqlar nümayiş etdirir.  
								
								
								
								2. Texnika elementləri 
								
								
								
								Şagird: 
								
								
								
								2.1.      Texnoloji maşın, cihaz və vasitələr 
								haqqında biliklərə malik olduğunu nümayiş 
								etdirir. 
								
								
								2.1.1.   Mexanikləşdirilmiş əl alətlərinin iş 
								prinsiplərini şərh edir. 
								
								
								2.1.2.   Elektrik enerjisinin ötürülməsi və 
								istifadəsi yollarını izah edir. 
								
								
								
								2.2.      Texnoloji maşın, cihaz və vasitələrdən 
								istifadə bacarıqları nümayiş etdirir. 
								
								
								2.2.1.   Mexanikləşdirilmiş əl alətlərindən 
								istifadə edir. 
								
								
								2.2.2.   Cərəyan mənbəyindən istifadə etməklə 
								elektrik dövrəsi qurur.  
								
								
								
								3. Məişət mədəniyyəti 
								
								
								
								Şagird: 
								
								
								
								3.1.      Məişətdə zəruri hesab edilən bilik və 
								bacarıqlara yiyələndiyini nümayiş etdirir. 
								
								
								3.1.1.   Məktəbdə mədəni davranış və ünsiyyət 
								qaydalarını şərh edir.  
								
								
								3.1.2.   Məktəbdə sadə təmir işlərini yerinə 
								yetirir. 
								
								
								
								3.2.      Ailə və onun büdcəsinin idarəolunması 
								haqqında bilik və bacarıqlar nümayiş etdirir. 
								
								
								3.2.1.   Ailə büdcəsinin müəyyənlədirilməsi 
								haqqında fikirlərini şərh edir.  
								
								
								
								4. Qrafika 
								
								
								
								Şagird: 
								
								
								
								4.1.      Məmulatların texniki spesifikasiyasını 
								şərh edir. 
								
								
								4.1.1.   Düzbucaqlı detalları  olan məmulatların 
								spesifikasiyasını şərh edir. 
								
								
								
								4.2.      Məmulat və onun detallarının texniki 
								sənədləşdirilməsi bacarıqlarını nümayiş etdirir. 
								
								
								4.2.1.   Müxtəlif formalı detalları olan 
								məmulatların qrafik təsvirini, çertyojunu, 
								texnoloji xəritəsini çəkir və oxuyur.  
								
								
								
								VII SİNİF 
								
								
								
								VII sinfin sonunda şagird:  
								
								
								·         
								
								
								maşın, qurğu və dəzgahlardan istifadə etməklə 
								emal texnologiyalarını izah edir; 
								
								
								·         
								
								
								məmulatı hazırlamaq üçün iş yerini təşkil edir, 
								ardıcıllığı müəyyənləşdirir, emal 
								texnologiyaları seçir və məmulat hazırlayır; 
								
								
								·         
								
								
								ev quşlarının bəslənməsi texnologiyasına aid 
								bilik və bacarıqlar nümayiş etdirir*; 
								
								
								·         
								
								
								maşınları, qurğuları, dəzgahları təsnif edir, iş 
								prinsiplərini şərh edir və onları idarə edir; 
								
								
								·         
								
								
								elektrotexniki avadanlıqları dövrəyə qoşur, 
								onlara xidmət göstərir; 
								
								
								·         
								
								
								küçədə və nəqliyyatda mədəni davranış və 
								ünsiyyət qaydalarını şərh edir; 
								
								
								·         
								
								
								ailənin büdcəyə uyğun tələbatlarının 
								müəyyənləşdirilməsi haqqında fikirlərini şərh 
								edir; 
								
								
								·         
								
								
								yaşayış yerində və məktəbdə sadə təmir işlərini 
								yerinə yetirir; 
								
								
								·         
								
								
								quraşdırma elementləri olan məmulatların 
								spesifikasiyasını şərh edir, qrafik təsvirini, 
								çertyojlarını, texnoloji xəritəsini çəkir və 
								oxuyur.  
								
								
								
								Məzmun xətləri üzrə əsas və alt-standartlar  
								
								
								
								1. Emal texnologiyaları 
								
								
								
								Şagird: 
								
								
								
								1.1.      Emal texnologiyalarının özünəməxsus 
								cəhətlərini anladığını nümayiş etdirir. 
								
								
								1.1.1.   Maşın, qurğu və dəzgahlardan istifadə 
								etməklə emal texnologiyalarını izah edir. 
								
								
								
								1.2.      Emal prosesinə hazırlıq işlərini 
								yerinə yetirir. 
								
								
								1.2.1.   Maşın, qurğu və dəzgahlardan istifadə 
								etməklə məmulat hazırlamaq üçün iş yerini təşkil 
								edir. 
								
								
								1.2.2.   Maşın, qurğu və dəzgahlardan istifadə 
								etməklə məmulatın hazırlanması ardıcıllığını 
								müəyyənləşdirir. 
								
								
								1.2.3.   Maşın, qurğu və dəzgahlardan istifadə 
								etməklə məmulatın hazırlanması üçün uyğun emal 
								texnologiyası seçir. 
								
								
								
								1.3.      Verilmiş materiallardan (oduncaq, 
								metal, plastik kütlə, parça, ərzaq) müxtəlif 
								məmulatlar hazırlayır. 
								
								
								1.3.1.   Verilmiş materialdan bir mürəkkəb 
								detal  olan məmulat hazırlayır. 
								
								
								1.3.2.   Bir mürəkkəb detaldan ibarət məmulat 
								hazırlayarkən tərtibat bacarıqları nümayiş 
								etdirir. 
								
								
								1.3.3.   Qrup tərkibində müxtəlif məmulatlar 
								hazırlayarkən birgə fəaliyyət bacarıqları 
								nümayiş etdirir. 
								
								
								1.3.4.   Məmulatların hazırlanması prosesində 
								işin xarakterinə uyğun təhlükəsizlik və 
								sanitariya-gigiyena qaydalarına əməl edir. 
								
								
								
								1.4.      Şəraitə və təbii imkanlara uyğun əmək 
								bacarıqları (becərmə, bəsləmə, tədarük, emal) 
								nümayiş etdirir*. 
								
								
								1.4.1.   Ev quşlarının bəslənməsi 
								texnologiyasına aid bilik və bacarıqlar nümayiş 
								etdirir.  
								
								
								
								2. Texnika elementləri 
								
								
								
								Şagird: 
								
								
								
								2.1.      Texnoloji maşın, cihaz və vasitələr 
								haqqında biliklərə malik olduğunu nümayiş 
								etdirir. 
								
								
								2.1.1.   Maşın, qurğu və dəzgahları təsnif edir, 
								iş prinsipini şərh edir. 
								
								
								2.1.2.   Elektrotexniki avadanlıqların iş 
								prinsipini izah edir. 
								
								
								
								2.2.      Texnoloji maşın, cihaz və vasitələrdən 
								istifadə bacarıqları nümayiş etdirir. 
								
								
								2.2.1.   Maşın, qurğu və cihazları idarə edir. 
								
								
								2.2.2.   Elektrotexniki avadanlıqları dövrəyə 
								qoşur, onlara xidmət göstərir.  
								
								
								
								3. Məişət mədəniyyəti 
								
								
								
								Şagird: 
								
								
								
								3.1.      Məişətdə zəruri hesab edilən bilik və 
								bacarıqlara yiyələndiyini nümayiş etdirir. 
								
								
								3.1.1.   Küçədə və nəqliyyatda mədəni davranış 
								və ünsiyyət qaydalarını şərh edir. 
								
								
								3.1.2.   Yaşayış yerində və məktəbdə sadə təmir 
								işlərini yerinə yetirir. 
								
								
								
								3.2.      Ailə və onun büdcəsinin idarəolunması 
								haqqında bilik və bacarıqlar nümayiş etdirir. 
								
								
								3.2.1.   Büdcəyə uyğun ailənin tələbatlarının 
								müəyyənləşdirilməsi haqqında fikirlərini şərh 
								edir.  
								
								
								
								4. Qrafika 
								
								
								
								Şagird: 
								
								
								
								4.1.      Məmulatların texniki spesifikasiyasını 
								şərh edir. 
								
								
								4.1.1.   Quraşdırma elementləri olan 
								məmulatların spesifikasiyasını şərh edir. 
								
								
								
								4.2.      Məmulat və onun detallarının texniki 
								sənədləşdirilməsi bacarıqlarını nümayiş etdirir. 
								
								
								4.2.1.   Quraşdırma elementləri olan 
								məmulatların qrafik təsvirini, çertyojunu, 
								texnoloji xəritəsini çəkir və oxuyur. 
								
								
								
								VIII SİNİF 
								
								
								
								VIII sinfin sonunda şagird:  
								
								
								·         
								
								
								avtomat və yarımavtomat qurğulardan istifadə 
								etməklə emal texnologiyalarını şərh edir; 
								
								
								·         
								
								
								avtomat və yarımavtomat qurğulardan istifadə 
								etməklə hazırlanacaq məmulata görə iş yerini 
								təşkil edir, iş ardıcıllığını müəyyənləşdirir, 
								uyğun texnologiya seçir və məmulat hazırlayır; 
								
								
								·         
								
								
								ev heyvanlarının bəslənməsi texnologiyalarına 
								aid bilik və bacarıqlar nümayiş etdirir*; 
								 
								
								
								·         
								
								
								avtomat və yarımavtomat qurğuların iş prinsipini 
								şərh edir, onları dövrəyə qoşur, idarə edir; 
								
								
								·         
								
								
								xidmət sahələrində mədəni davranış və ünsiyyət 
								qaydalarını şərh edir; 
								
								
								·         
								
								
								büdcəyə qənaət və şəxsi büdcə haqqında 
								fikirlərini şərh edir; 
								
								
								·         
								
								
								yaşayış yerində və məktəbdə sadə təmir-tikinti 
								işlərini aparır, dekorativ bəzək işlərini yerinə 
								yetirir; 
								
								
								·         
								
								
								aksonometrik proyeksiyalarda verilmiş yuvarlaq 
								detalları olan məmulatların spesifikasiyasını 
								şərh edir, qrafik təsvirini, çertyojunu, 
								texnoloji xəritəsini çəkir və oxuyur.  
								
								
								
								Məzmun xətləri üzrə əsas və alt-standartlar  
								
								
								
								1. Emal texnologiyaları 
								
								
								
								Şagird: 
								
								
								
								1.1.      Emal texnologiyalarının özünəməxsus 
								cəhətlərini anladığını nümayiş etdirir. 
								
								
								1.1.1.   Avtomat və yarımavtomat qurğulardan 
								istifadə etməklə emal texnologiyalarını şərh 
								edir. 
								
								
								
								1.2.      Emal prosesinə hazırlıq işlərini 
								yerinə yetirir. 
								
								
								1.2.1.   Avtomat və yarımavtomat qurğulardan 
								istifadə etməklə hazırlanacaq məmulata görə iş 
								yerini təşkil edir. 
								
								
								1.2.2.   Avtomat və yarımavtomat qurğulardan 
								istifadə etməklə məmulatın hazırlanması 
								ardıcıllığını müəyyənləşdirir. 
								
								
								1.2.3.   Avtomat və yarımavtomat qurğulardan 
								istifadə etməklə məmulatın hazırlanması üçün 
								uyğun emal texnologiyası seçir. 
								
								
								
								1.3.      Verilmiş materiallardan (oduncaq, 
								metal, plastik kütlə, parça, ərzaq) müxtəlif 
								məmulatlar hazırlayır. 
								
								
								1.3.1.   Verilmiş materiallardan 2-3 mürəkkəb 
								detaldan ibarət olan məmulat hazırlayır. 
								
								
								1.3.2.   2-3 mürəkkəb detaldan ibarət məmulat 
								hazırlayarkən tərtibat bacarıqları nümayiş 
								etdirir. 
								
								
								1.3.3.   Qrup tərkibində müxtəlif məmulatlar 
								hazırlayarkən birgə fəaliyyət bacarıqları 
								nümayiş etdirir. 
								
								
								1.3.4.   Məmulatların hazırlanması prosesində 
								işin xarakterinə uyğun təhlükəsizlik və 
								sanitariya-gigiyena qaydalarına əməl edir. 
								
								
								
								1.4.      Şəraitə və təbii imkanlara uyğun əmək 
								bacarıqları (becərmə, bəsləmə, tədarük, emal) 
								nümayiş etdirir*. 
								
								
								1.4.1. Ev heyvanlarının bəslənməsi 
								texnologiyasına aid bilik və bacarıqlar nümayiş 
								etdirir.  
								
								
								
								2. Texnika elementləri 
								
								
								
								Şagird: 
								
								
								
								2.1.      Texnoloji maşın, cihaz və vasitələr 
								haqqında biliklərə malik olduğunu nümayiş 
								etdirir. 
								
								
								2.1.1.   Avtomat və yarımavtomat qurğuların iş 
								prinsipini şərh edir. 
								
								
								2.1.2.   Avtomatik cihaz və qurğuların iş 
								prinsipini izah edir. 
								
								
								
								2.2.      Texnoloji maşın, cihaz və vasitələrdən 
								istifadə bacarıqları nümayiş etdirir. 
								
								
								2.2.1.   Avtomat və yarımavtomat qurğuları idarə 
								edir. 
								
								
								2.2.2.   Avtomat cihaz və qurğuları dövrəyə 
								qoşur, onlara xidmət edir.  
								
								
								
								3. Məişət mədəniyyəti 
								
								
								
								Şagird: 
								
								
								
								3.1.      Məişətdə zəruri hesab edilən bilik və 
								bacarıqlara yiyələndiyini nümayiş etdirir. 
								
								
								3.1.1.   Xidmət sahələrində mədəni davranış və 
								ünsiyyət qaydalarını şərh edir. 
								
								
								3.1.2.   Yaşayış yerində və məktəbdə sadə təmir 
								işlərini aparır, dekorativ bəzək işlərini  
								yerinə yetirir. 
								
								
								
								3.2.      Ailə və onun büdcəsinin idarəolunması 
								haqqında bilik və bacarıqlar nümayiş etdirir. 
								
								
								3.2.1.   Büdcəyə qənaət və şəxsi büdcə haqqında 
								fikirlərini şərh edir.  
								
								
								
								4. Qrafika 
								
								
								
								Şagird: 
								
								
								
								4.1.      Məmulatların texniki spesifikasiyasını 
								şərh edir. 
								
								
								4.1.1.   Aksonometrik proyeksiyalarda yuvarlaq 
								detalları olan məmulatların spesifikasiyasını 
								şərh edir. 
								
								
								
								4.2.      Məmulat və onun detallarının texniki 
								sənədləşdirilməsi bacarıqlarını nümayiş etdirir. 
								
								
								4.2.1.   Aksonometrik proyeksiyalarda verilmiş 
								yuvarlaq detalları olan məmulatların qrafik 
								təsvirini, çertyojunu, çəkir və oxuyur.  
								
								
								
								IX SİNİF 
								
								
								
								IX sinfin sonunda şagird:  
								
								
								·         
								
								
								elektron texnologiyalarından istifadəyə dair 
								emal texnologiyalarını şərh edir; 
								
								
								·         
								
								
								elektron texnologiyalarından istifadə etməklə 
								hazırlanacaq məmulata görə iş yerini təşkil 
								edir, iş ardıcıllığını müəyyənləşdirir, uyğun 
								texnologiya seçir, məmulat hazırlayır; 
								
								
								·         
								
								
								ev quşları və heyvanları üçün yem tədarükü və 
								emalı texnologiyasına dair biliklər, bacarıqlar 
								nümayiş etdirir*; 
								
								
								·         
								
								
								elektron texnologiyalarla işləyən qurğu və 
								cihazların iş prinsiplərini şərh edir, layihələr 
								hazırlayır və təqdim edir; 
								
								
								·         
								
								
								elektron texnologiyalarla işləyən qurğuları və 
								cihazları dövrəyə qoşur və idarə edir; 
								
								
								·         
								
								
								mədəniyyət ocaqlarında mədəni davranış və 
								ünsiyyət qaydalarını şərh edir; 
								
								
								·         
								
								
								ailə və onun büdcəsinin formalaşmasında 
								sahibkarlıq fəaliyyətinin rolunu izah edir; 
								
								
								·         
								
								
								yaşayış yeri və məktəbdə sadə təmir, dekorativ 
								bəzək və interyer tərtibatı ilə bağlı 
								təqdimatlar edir; 
								
								
								·         
								
								
								müxtəlif birləşmələri olan məmulatların 
								spesifikasiyasını şərh edir, qrafik təsvirini, 
								çertyojlarını, texnoloji xəritəsini çəkir və 
								oxuyur.  
								
								
								
								Məzmun xətləri üzrə əsas və alt-standartlar  
								
								
								
								1. Emal texnologiyaları 
								
								
								
								Şagird: 
								
								
								
								1.1.      Emal texnologiyalarının özünəməxsus 
								cəhətlərini anladığını nümayiş etdirir. 
								
								
								1.1.1.   Elektron texnologiyalarından istifadəyə 
								dair emal texnologiyalarını şərh edir, 
								təqdimatlar hazırlayır. 
								
								
								
								1.2.      Emal prosesinə hazırlıq işlərini 
								yerinə yetirir. 
								
								
								1.2.1.   Elektron texnologiyalarından istifadə 
								etməklə hazırlanacaq məmulata görə iş yerini 
								təşkil edir. 
								
								
								1.2.2.   Elektron texnologiyalarından istifadə 
								etməklə məmulatın hazırlanması ardıcıllığını 
								müəyyənləşdirir. 
								
								
								1.2.3.   Elektron texnologiyalarından istifadə 
								etməklə məmulatın hazırlanması üçün uyğun emal 
								texnologiyası seçir. 
								
								
								
								1.3.      Verilmiş materiallardan (oduncaq, 
								metal, plastik kütlə, parça, ərzaq) müxtəlif 
								məmulatlar hazırlayır. 
								
								
								1.3.1.   Verilmiş materiallardan müxtəlif sayda 
								detallardan ibarət məmulat hazırlayır. 
								
								
								1.3.2.   Materialları müxtəlif olan detallardan 
								məmulat hazırlayarkən tərtibat bacarıqları 
								nümayiş etdirir. 
								
								
								1.3.3.   Qrup tərkibində müxtəlif məmulatlar 
								hazırlayarkən birgə fəaliyyət bacarıqları 
								nümayiş etdirir. 
								
								
								1.3.4.   Məmulatların hazırlanması prosesində 
								işin xarakterinə uyğun təhlükəsizlik və 
								sanitariya-gigiyena qaydalarına əməl edir. 
								
								
								
								1.4.      Şəraitə və təbii imkanlara uyğun əmək 
								bacarıqları (becərmə, bəsləmə, tədarük, emal) 
								nümayiş etdirir*. 
								
								
								1.4.1. Ev quşları və heyvanlar üçün yem tədarükü 
								və emalı texnologiyasına aid bilik və bacarıqlar 
								nümayiş etdirir.  
								
								
								
								2. Texnika elementləri 
								
								
								
								Şagird: 
								
								
								
								2.1.      Texnoloji maşın, cihaz və vasitələr 
								haqqında biliklərə malik olduğunu nümayiş 
								etdirir. 
								
								
								2.1.1.   Elektron texnologiyalarla işləyən 
								qurğuların iş prinsipini şərh edir. 
								
								
								2.1.2.   Elektron cihazların iş prinsipini izah 
								edir, layihələr hazırlayır və təqdim edir. 
								
								
								
								2.2.      Texnoloji maşın,  cihaz və 
								vasitələrdən istifadə bacarıqları nümayiş 
								etdirir. 
								
								
								2.2.1.   Elektron texnologiyalarla işləyən 
								qurğuları idarə edir. 
								
								
								2.2.2.   Elektron cihazları dövrəyə qoşur, 
								onlara xidmət edir.  
								
								
								
								3. Məişət mədəniyyəti 
								
								
								
								Şagird: 
								
								
								
								3.1.      Məişətdə zəruri hesab edilən bilik və 
								bacarıqlara yiyələndiyini nümayiş etdirir. 
								
								
								3.1.1.   Mədəniyyət ocaqlarında mədəni davranış 
								və ünsiyyət qaydalarını şərh edir. 
								
								
								3.1.2.   Yaşayış yerində və məktəbdə sadə təmir, 
								dekorativ, bəzək və interyer tərtibatı ilə bağlı 
								təqdimatlar edir. 
								
								
								
								3.2.      Ailə və onun büdcəsinin idarəolunması 
								haqqında bilik və bacarıqlar nümayiş etdirir. 
								
								
								3.2.1.   Ailə və onun büdcəsinin formalaşmasında 
								sahibkarlıq fəaliyyətinin rolunu izah edir.  
								
								
								
								4. Qrafika 
								
								
								
								Şagird: 
								
								
								
								4.1.      Məmulatların texniki spesifikasiyasını 
								şərh edir. 
								
								
								4.1.1.   Müxtəlif birləşmələri olan məmulatların 
								spesifikasiyasını şərh edir. 
								
								
								
								4.2.      Məmulat və onun detallarının texniki 
								sənədləşdirilməsi bacarıqlarını nümayiş etdirir. 
								
								
								4.2.1.   Müxtəlif birləşmələri olan məmulatların 
								qrafik təsvirini, çertyojunu, texnoloji 
								xəritəsini çəkir və oxuyur.  
								
								
								
								(Ardı var) 
								
								
								* Kənd məktəbləri üçün nəzərdə tutulur.   |