| 
								 
								
								Yanvarın 27-28-də "British Council" təşkilatı 
								Skills@Work Challenge yarışının milli finalını 
								keçirib.  
								
								
								Tədbirdə 7 texniki peşə məktəbinin 100 şagirddən 
								ibarət 20 komandası iştirak edib. İki gün 
								keçirilən yarışmada komandada iştirak edən 
								şagirdlər qruplara bölünərək qarşıya qoyulan 
								məsələyə dair öz layihələrini təqdim ediblər. 
								Münsiflər heyəti komandaları təklif olunan 
								ideyaların həyata keçirilən dərəcəsi, yeniliyi 
								və təqdimat bacarığına əsaslanaraq 
								qiymətləndirib. Ən çox xal toplamış altı komanda 
								finalda "Mobil texnologiyadan istifadə edərək 
								müasir təhsil sistemi üçün yeni əmtəə və  ya 
								xidmət təklif edin" mövzusunda öz ideyalarını 
								təqdim edib. Yarışda Bülbül adına Orta İxtisas 
								Musiqi Məktəbinin "Pozitron" komandası qalib 
								gəlib. Qeyd edək ki, birinci yerin sahibləri 
								21-25 aprel tarixində Belqradda keçiriləcək 
								regional "Skills@Work Challenge" yarışında 
								iştirak edəcək. 
								
								
								Sonda "British Council" təşkilatının nümayəndəsi 
								Azərbaycanda Skills@Work Challenge yarışının 
								keçirilməsində dəstəyə görə Təhsil Nazirliyinə, 
								"Azercell Telekom MMC", "Microsoft" Azərbaycan" 
								şirkətlərinə, "Junior Achievement" Azərbaycan" 
								təşkilatına minnətdarlığını bildirib. 
								
								
								Məlumat üçün onu da bildirək ki, 18 ölkəni əhatə 
								edən "Skills@Work" layihəsi Cənub-Şərqi Avropa 
								ərazisinin, Böyük Britaniyada peşə təhsili və 
								təlimi sektorunda beynəlmiləlçiliyi 
								dəstəkləyir.  
								
								
								
								Kamil AĞAMALIYEV, 
								Təhsil Nazirliyi Texniki peşə təhsili  
								şöbəsinin baş məsləhətçisi  |