| 
								 
								
								Azərbaycan Dövlət Pedaqoji Universitetində 
								aspirant, doktorant və dissertantların iştirakı 
								ilə müşavirə keçirildi.  Müşavirədə 
								tədqiqatçıların elmi rəhbərləri,  fakültə 
								dekanları, kafedra müdirləri və 
								professor-müəllim heyəti  iştirak edirdilər.  
								
								
								Tədbiri giriş sözü ilə  ADPU-nun aspirantura və 
								doktorantura şöbəsinin  müdiri, professor  
								İbrahim  Bayramov açaraq aspirant və gənc 
								tədqiqatçıların illik hesabatları  və onların il 
								ərzində gördükləri işlər  haqqında məlumat  
								verdi.   Universitetin professorlarından Həsən 
								Mirzəyev, Əbdül Əlizadə, Himalay Qasımov və 
								başqaları rəhbərlik etdikləri tədqiqatçıların 
								fəaliyyətindən  və  onların elmə gətirdikləri 
								yeniliklərdən söz açdılar. 
								
								
								Sonda ADPU-nun elmi işlər üzrə prorektoru, 
								professor Vilayət Əliyev müşavirədə  gənc 
								tədqiqatçıları  və müəllimləri  maraqlandıran 
								suallara cavablar verdi. Aspirant, doktorant və 
								dissertantların, onlara təyin olunmuş elmi 
								rəhbərlərin qarşılarında duran  vəzifələrdən 
								danışdı. 
								
								
								
								Ş.CƏFƏROV  |