| 
								
								2008-2009-cu dərs ilində mərkəzləşdirilmiş 
								qaydada keçirilən buraxılış imtahanlarında 
								istifadə olunan qiymətləndirmə vasitələri  
								tərtib edilərkən mövcud proqram və istifadə 
								olunan dərsliklərdən kənara çıxma hallarına yol 
								verilməmişdir. 
								
								Fənlər üzrə test tapşırıqları çətinlik 
								baxımından üç səviyyədə ( asan, orta və 
								mürəkkəb) və müxtəlif relevantlıq 
								kateqoriyalarında  hazırlanıb və  şagirdlərin 
								orta təhsil pilləsinin sonunda məktəbdə fənn 
								üzrə qazandıqları bilik və bacarıqlarının  
								aşkara çıxarılmasına imkan  verir.  
								
								Qəzetin bu sayında buraxılış imtahanlarında  
								Azərbaycan dili və ədəbiyyat  fənnindən istifadə 
								edilmiş test nümunələrini təqdim edirik: 
								
								
								1. Uzun tələffüz oluna bilir, qalındır, 
								qapalıdır. 
								
								Bu xüsusiyyətləri olan sait hansıdır? 
								
								
								A) [ü]      B) [a]      C) [1]      D) [ö]      
								E) [u]  
								
								Relevantlıq kateqoriyasına görə 
								məntiqi-izahedici, çətinliyə görə orta səviyyəli 
								tapşırıqdır. Adətən, belə tapşırıqlar şagirdi 
								niyə?, nə üçün? suallarının tələbinə əsasən 
								düşünməyə istiqamətləndirir.  Distraktorlarda  (cavab 
								variantlarında) göstərilən xüsusiyyətlərin hər 
								üçünün aid olduğu sait  [u] -dur; 
								
								[ü] həm uzun tələffüz oluna bilmir, həm də 
								incədir; [a] açıqdır, [ö] də açıqdır, [1] 
								qapalıdır, qalındır, ancaq uzun tələffüz oluna 
								bilmir. Doğru E cavabına nisbətən yaxın  C 
								cavabı sayılır. Göründüyü kimi, test 
								tapşırığının tərtibi şagirdi çaşdırmağa yox, 
								onun biliyinin summativ qiymətləndirilməsinə  
								xidmət edir. Şagirdlərin  74,61%-i düzgün olaraq  
								E cavabını seçmişlər.  
								
								
								2. Hansı sözü həm kök, həm də şəkilçili söz 
								hesab etmək olar? 
								
								
								A) vidalaş  
								
								
								B) danışmır           
								
								
								C) qəsdən  
								
								
								D) yanaq    
								
								
								E) evlərdən 
								
								ümumiləşdirici kateqoriyadan olan test 
								tapşırıqlarındandır.  Şagirdin dil faktlarını 
								araşdırmaq, bunun əsasında müəyyən nəticə 
								çıxarmaq bacarığını yoxlamaq  məqsədini daşıyır. 
								Bütün distraktorlarda təklif olunan sözlərin 
								tərkibində şəkilçi vardır. Dolayısı ilə 
								şagirddən həm də bu sözləri tərkibinə görə 
								təhlil etmək tələb edilir.  A, B, C, E 
								distraktorlarındakı sözləri şəkilçisiz hesab 
								etmək mümkün deyil.  Lakin  D distraktorundakı 
								yanaq sözünü  üç cür təqdim  etmək olar: 
								
								yanaq - arzu şəklində,  I şəxsin cəmində olan 
								feldir; 
								
								yanaq - əmr şəklində , I şəxsin cəmində olan 
								feldir; 
								
								yanaq - sadə quruluşlu, ancaq kökdən ibarət olan 
								isimdir.  
								
								çətinlik səviyyəsinə görə mürəkkəbdir.   
								Şagirdlərin   61,55 %-i  doğru cavab olaraq  
								D-ni qeyd etmişlər.  
								
								
								3. Quruluşca mütləq düzəltmə olmalıdır: 
								
								
								A) saylar                
								
								
								B) yiyəlik halda olan isim    
								
								
								C) indiki zaman felləri    
								
								
								D) sadə sifətlər    
								
								
								E) kökü zərf olan fellər  
								
								Məntiqi - izahedici kateqoriyaya aid test 
								tapşırıqlarındandır. Səviyyəsinə görə sadə sual 
								olsa da, təfəkkürə və dəqiq biliyə əsaslanır.  
								Şagird sayların, yiyəlik halda olan isimlərin, 
								eləcə də indiki zaman fellərinin quruluşca 
								mütləq düzəltmə olması haqqında heç bir məlumata 
								malik deyil. D cavabında sadə sifətlərin mütləq 
								düzəltmə olması fikri şagirdə doğru cavabı 
								müəyyənləşdirmək üçün müəyyən istiqamət verir. 
								Sifətlər sadədirsə, necə düzəltmə ola bilər. E 
								cavabı məntiqli və ağılabatandır. Kökü zərf olan 
								fellərin tərkibində mütləq leksik şəkilçi 
								olmalıdır. Test tapşırıqlarının bu cür tərtibdə 
								təqdimi şagirdləri çaşdırmır, əksinə, onların 
								sərbəst, dəqiq fikirləşməyinə, bilik və 
								bacarıqlarını tələb olunan nəticənin alınmasına 
								yönəldir.  
								
								
								4. Aşağıdakı fellərdən biri söz birləşməsi əmələ 
								gətirə bilir: 
								
								
								A) döyüşçüdür        
								
								
								B) oxuyaq       
								
								
								C) getsə   
								
								
								D) susarkən             
								
								
								E) dayan 
								
								Şagirdin fel bəhsinə dair biliyinə əsaslanan 
								ümumiləşdirici tapşırıqdır.  Sual şagirddən 
								sözün qrammatik mənasına bələd olmağı tələb 
								edir.Təsriflənən və təsriflənməyən felləri 
								bilmədən, söz birləşməsinin növlərinə, 
								morfologiya və sintaksis bölməsinə dair 
								biliklərə malik olmadan sualın cavabını 
								müəyyənləşdirmək çətindir. Tətbiq bacarıqlarına 
								malik olan şagird A cavabındakı sözün fel 
								olmadığını dərhal görür. B, C və E 
								variantlarındakı sözlərin isə təsrifləndiyini, 
								şəxsə və kəmiyyətə görə dəyişdiyini dərk edib D 
								cavabını seçir. çünki "susarkən" feli bağlaması 
								feli birləşmə yaradır. 31,75 % şagirdin bu suala 
								səhv cavab verməsi qənaətbəxş deyil. 
								
								
								5. Azərbaycan Respublikasının dövlət 
								orqanlarında şifahi və yazılı əlaqə işləri hansı 
								dildə aparılır? 
								
								
								A) rus dilində 
								
								
								B) Azərbaycan dilində  
								
								
								C) ingilis dilində  
								
								
								D) bütün dillərdə  
								
								
								E) alman dilində 
								
								Faktoloji xüsusiyyətə malik olan bu sual 
								şagirddən  biliklə yanaşı,  müasir dünyagörüşü 
								tələb edir. Bu sualı  doğru cavablandırmaq üçün 
								şagird Azərbaycan Respublikasının 
								Konstitusiyasından, qanunlarından da xəbərdar 
								olmalıdır. Milli dilimizin dövlət orqanlarında 
								şifahi və yazılı tətbiqini şəxsiyyətyönümlü 
								təhsilin tələblərinə cavab verən şagirdin 
								bilməsi zəruridir.  Bu suala düzgün cavab 
								verənlərin faizi 86,16-dır.   
								
								
								6. İ.Şıxlı "Dəli Kür" əsərindəki hansı surətin 
								timsalında maarifçiliyin inkişafını 
								ümumiləşdirmişdir? 
								
								
								A) Şamxalın 
								
								
								B) Əşrəf bəyin 
								
								
								C) Cahandar ağanın  
								
								
								D) Şahnigarın  
								
								
								E) çernyayevskinin 
								
								Şagirdin diqqətini, hafizəsini yoxlamağa, təhlil 
								etmə və nəticə çıxarma qabiliyyətini aşkarlamağa 
								əsaslanmaqla bədii mətnin məzmunu üzrə 
								biliklərin yoxlanılmasını tələb edən 
								tapşırıqdır. Düzgün cavabların sayı 
								qənaətbəxşdir.  
								
								
								7. Hansı sənətkarlar Tiflis ədəbi mühitində 
								fəaliyyət göstərmişlər? 
								
								
								A) M.Ş.Vazeh, M.F.Axundzadə 
								
								
								B) N.Gəncəvi, M.Füzuli 
								
								
								C) İ.Şıxlı, İ.Əfəndiyev 
								
								
								D) İ.Nəsimi, Ş.İ.Xətai 
								
								
								E) M.P.Vaqif, Mir Cəlal 
								
								Faktoloji informasiya ilə əlaqədardır. Faktik 
								materiala dair bilikləri yoxlamağa xidmət edir. 
								Sual bilavasitə tarix fənni ilə əlaqəlidir. XIX 
								əsrdə Azərbaycanın ictimai-siyasi mühiti 
								haqqında geniş məlumatlı şagird dərhal A 
								cavabını seçməlidir. çünki XIX əsrdə Zaqafqaziya 
								dövlətləri üçün mərkəz Tiflis şəhəri hesab 
								olunurdu. M.F.Axundzadə Tiflis şəhərində dövlət 
								qulluğunda işlədiyi üçün o mühitdə ədəbi 
								fəaliyyət göstərmişdir. M.F.Axundzadənin müasiri 
								və müəllimi olan M.Ş.Vazeh də həmçinin Tiflis 
								mühitində yaşamış və ədəbi fəaliyyət 
								göstərmişdir. Məhz bu yazıçıların düzgün seçim 
								edilməsi onların XIX əsrdə yaşamaları ilə 
								birbaşa bağlıdır.  
								
								
								Təranə HACIYEVA, Təhsil Nazirliyi Monitorinq və qiymətləndirmə
 şöbəsinin müdiri, filologiya elmləri doktoru
 |