| 
								
								
								"START" İdman Sağlamlıq Kompleksində Bakı şəhər 
								məktəblilərinin XXII spartakiadasının açılışına 
								həsr edilmiş bayram tədbiri keçirilmişdir.   
								
								Tədbirdə giriş sözü ilə Bakı Şəhər Gənclər və 
								İdman Baş İdarəsinin baş təlimatçısı Salman 
								Əbdülov ötən tədris ilində müvafiq əsasnaməyə 
								uyğun olaraq keçirilmiş XXI spartakiadanın 
								nəticələri barədə geniş məlumat vermişdir. 
								Bildirilmişdir ki, ötən spartakiadada idmanın 10 
								növü üzrə keçirilən yarışlarda 1023 nəfər 
								idmançı iştirak etmişdir. Əzizbəyov rayon 
								məktəbliləri spartakiadaya yenidən liderlik 
								etmişlər. Səbail rayonunun təmsilçiləri II yeri 
								qazanıb. III  yerə isə Xətai rayon məktəbliləri 
								layiq görülüblər. Qaliblər diplom və kuboklarla 
								təltif edilmişlər. Digər çıxış edənlər - 
								Azərbaycan Respublikası Gənclər və İdman 
								Nazirliyinin İdman məktəbləri sektorunun müdiri 
								Mütəllib Həsənov, Bakı Şəhəri üzrə Təhsil 
								İdarəsinin aparıcı məsləhətçisi Rövşən Əliyev 
								qalibləri təbrik etmiş, onlara yeni-yeni idman 
								nailiyyətləri arzulamışlar.  
								
								Sonra Bakı şəhər məktəblilərinin XXII 
								spartakiadasına start verilmişdir.   
								
								
								Sifai  SƏFƏROVA |