| 
								 
								
								Təhsil sahəsində həyata keçirilən islahatların 
								təhsilin keyfiyyətinə təsirinin təhlilinin, bu 
								islahatların keçirilməsi üçün real vəziyyəti əks 
								etdirən statistik araşdırmaların aparılmasının 
								təmin edilməsi üçün vahid elektron məlumat 
								sisteminin yaradılması zəruridir.  
								
								
								Bu sistemin yaradılmasının və ondan müvafiq 
								dövlət orqanları və təhsil müəssisələri 
								tərəfindən istifadənin təmin olunması, həmçinin 
								sistemin təşkilati-hüquqi əsaslarının müəyyən 
								edilməsi məqsədi ilə   
								
								
								
								QƏRARA ALIRAM:  
								
								
								1. "Tələbə-məzun" 
								dövlət elektron məlumat sistemi haqqında 
								Əsasnamə" təsdiq edilsin (əlavə 
								olunur).  
								
								
								2. Azərbaycan Respublikasının Nazirlər 
								Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
								 
								
								
								2.1. qüvvədə olan qanunvericilik aktlarının bu 
								Fərmana uyğunlaşdırılması barədə təkliflərini 
								hazırlayıb Azərbaycan Respublikasının 
								Prezidentinə təqdim etsin;  
								
								
								2.2. Azərbaycan Respublikası Nazirlər 
								Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti 
								orqanlarının normativ-hüquqi aktlarının bu 
								Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu 
								barədə Azərbaycan Respublikasının Prezidentinə 
								məlumat versin;  
								
								
								2.3. ali və orta ixtisas təhsili müəssisələrinin 
								"Tələbə-məzun" dövlət elektron məlumat sisteminə 
								qoşulmamasına və ya həmin təhsil müəssisələri 
								tərəfindən məlumatların sistemə vaxtında, tam və 
								ya düzgün daxil edilməməsinə görə məsuliyyət 
								müəyyən edən qanunvericilik aktının layihəsini 
								hazırlayıb Azərbaycan Respublikasının 
								Prezidentinə təqdim etsin;  
								
								
								2.4. bu Fərmandan irəli gələn digər məsələləri 
								həll etsin.  
								
								
								3. Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə 
								Dövlət Komissiyası "Tələbə-məzun" dövlət 
								elektron məlumat sisteminin yaradılması, 
								zənginləşdirilməsi və ondan səmərəli istifadə 
								olunmasının təmin edilməsi üçün zəruri tədbirlər 
								görsün.  
								
								
								4. Azərbaycan Respublikasının Təhsil Nazirliyi 
								ali və orta ixtisas təhsili müəssisələrinin "Tələbə-məzun" 
								dövlət elektron məlumat sisteminə qoşulmasının 
								və həmin təhsil müəssisələri tərəfindən 
								məlumatların sistemə vaxtında, tam və düzgün 
								daxil edilməsinin təmin olunması üçün müvafiq 
								tədbirlər görsün.  
								
								
								5. Azərbaycan Respublikası Prezidentinin 2005-ci 
								il 6 aprel tarixli 219 nömrəli Fərmanı (Azərbaycan 
								Respublikasının Qanunvericilik Toplusu, 2005-ci 
								il, N 4, maddə 294; 2006-cı il, N 12, maddə 
								1047) ilə təsdiq edilmiş "Azərbaycan 
								Respublikasının Tələbə Qəbulu üzrə Dövlət 
								Komissiyası haqqında Əsasnamə"nin 6.4-cü bəndi 
								çıxarılsın.   
								
								
								
								İlham ƏLİYEV,  
								Azərbaycan Respublikasının Prezidenti  
								Bakı şəhəri, 23 fevral 2010-cu il  |