| 
								 
								
								Bakıdakı 45 nömrəli orta məktəbdə dərsin 
								təkmilləşdirilməsi ilə əlaqədar aparılan 
								metodiki işlərə geniş yer verilir. 
								
								Məktəbin direktoru Nazilə Məmmədovanın 
								bildirdiyinə görə, bu, dərsin 
								təkmilləşdirilməsinə, proqram materiallarının 
								şagirdlər tərəfindən dərindən mənimsənilməsinə 
								kömək etməklə bərabər, həm də müəllimlərin 
								vaxtaşırı fikir mübadiləsi aparmasına şərait 
								yaradır. 
								
								
								Məktəbdə ayrı-ayrı fənlər üzrə metodbirləşmə 
								sədrləri tərəfindən "açıq dərs"lərin təşkili və 
								keçirilməsi mühüm əhəmiyyət kəsb edir. 
								
								
								Həmçinin metodbirləşmə iclaslarında qabaqcıl 
								müəllimlərin çıxışları, məktəbdə seminar və 
								konfransların keçirilməsi və göstərilən metodiki 
								köməkliklər təzə işə başlayan gənc müəllimlər 
								üçün daha faydalı olur. 
								
								
								
								Şakir CƏFƏROV  |