| 
								 
								
								Fevralın 18-də  ABŞ Konqresi üzvlərinin 
								köməkçiləri Azərbaycan Dillər Universitetində 
								olublar. Qonaqlar ADU-nun rektoru, professor, 
								millət vəkili Səməd  Seyidov və universitetin 
								professor-müəllim heyəti ilə görüşüblər. Görüşdə 
								ABŞ və Azərbaycan arasında əlaqələrin geniş 
								olduğunu bildirən  S. Seyidov keçmiş sovet 
								məkanında ən böyük Amerika Mərkəzindən birinin 
								məhz ADU-da  olduğunu qeyd edib. 
								
								
								Görüşdə iştirak edən ABŞ-ın Azərbaycandakı 
								səfirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin 
								rəhbəri Terri Devidson da ADU-da yaradılan 
								Amerika Mərkəzinin məhz Amerikaya "bir pəncərə" 
								olduğunu söyləyib.  
								
								
								Görüşdə təhsil sahəsində Azərbaycanla ABŞ 
								arasında yaradılan əməkdaşlığın  getdikcə 
								genişləndiyindən də söz açılıb.   
								
								
								
								Şakir CƏFƏROV  |