| 
								 
								
								Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə (telefonlar: 
								496-34-82; 496-37-61;     e-mail ünvanı:
								
								qaynar-xett@edu.gov.az) cari ilin mart 
								ayında 356 müraciət daxil olub.  
								
								
								Qəbul edilən müraciətlərin 311-i telefonla, 
								45-i   elektron poçt vasitəsilə göndərilib. 
								Daşıdığı informasiyanın əhəmiyyətindən və 
								mövzusundan asılı olmayaraq bütün müraciətlər 
								dinlənilib, qeydə alınıb. Xüsusi araşdırma tələb 
								edən müraciətlər aidiyyəti qurumlara 
								göndərilərək müvafiq araşdırmalar aparılıb, 
								ünvanlı müraciətlər yazılı şəkildə  
								cavablandırılıb. 
								
								
								Müraciətlərin böyük əksəriyyəti  anonimdir. 
								Müraciətlərdə  sorğuların sayı daha çoxdur. Bu 
								isə cari ilin fevral-mart ayları ərzində 
								ümumtəhsil məktəblərinin IX-XI siniflərində 
								mərkəzləşdirilmiş qaydada keçirilən yoxlama 
								imtahanları, müəllimlərin işə qəbulu üzrə yeni 
								mexanizmin tətbiqi, respublika fənn 
								olimpiadalarının və beynəlxalq olimpiadaların 
								təşkili, keçirilməsi və nəticələrinin 
								öyrənilməsi  ilə əlaqədar olub. Belə müraciətlər 
								ümumi sorğuların 70 faizindən çoxunu təşkil edir. 
								Digər sorğular xaricdə təhsil, müəllimlərin 
								əməkhaqqının hesablanması, təhsil sənədlərinin 
								alınması, tanınması və sair məsələlərlə bağlı 
								olub. 
								
								
								Müraciətlərin bir qismində məktəbəqədər, ümumi, 
								texniki peşə, orta ixtisas və ali təhsil 
								müəssisələrindəki problemlərdən bəhs olunur. Bu 
								müraciətlər əsasında araşdırmalar aparılıb, 
								problemlərin aradan qaldırılması istiqamətində 
								müvafiq tədbirlər həyata keçirilib. 
								
								
								"Qaynar xətt" xidmətinə daxil olan müraciətlərin 
								90 faizdən çoxu ümumtəhsil məktəbləri ilə 
								əlaqədardır. Belə müraciətlərin böyük 
								əksəriyyəti  Bakı şəhərindən, bir qismi Gəncə, 
								Sumqayıt və Şirvan şəhərlərindən daxil olub. 
								Eyni zamanda Abşeron, Qəbələ, Gədəbəy, Şəki,  
								Şamaxı, Beyləqan və Lənkəran rayonlarından daha 
								çox müraciət qeydə alınıb. Müraciətlərdə 
								ümumtəhsil müəssisələrində tədris prosesinin 
								təşkili, maddi-texniki təchizat sahəsində 
								çatışmazlıqlar,  məktəb direktorlarının 
								idarəetmədə yol verdikləri nöqsanlar və digər 
								məsələlər öz əksini tapıb. 
								
								
								Təhsil Nazirliyinin "Qaynar xətt"inə edilən 
								bütün müraciətlər ciddi araşdırılıb və müvafiq 
								tədbirlər həyata keçirilib.   |