| 
								 
								
								Aprelin 3-də ADU-da Azərbaycanda Amerika günləri 
								ilə bağlı tədbir keçirildi. Tədbirdə 
								universitetin rektoru, millət vəkili, professor 
								Səməd Seyidov, Amerika səfirliyinin müvəqqəti 
								işlər vəkili Donald Lu, müəllim və tələbələr, 
								KİV nümayəndələri iştirak edirdilər. ADU-nun  "Gənclər 
								klubu" İctimai Birliyinin, Beynəlxalq Əlaqələr 
								Departamentinin direktoru, eyni zamanda 
								Azərbaycan Dillər Universitetinin beynəlxalq 
								əlaqələr və regionşünaslıq (Amerikaşünaslıq) 
								fakültəsinin tələbəsi Aytac İmanova və "Gənclər 
								klubu" İctimai Birliyinin icraçı direktoru Zaur 
								Əkbər tərəfindən təşkil olunan tədbirdə ADU-nun 
								rektoru Səməd Seyidov çıxış edərək gənclərin 
								rolunu yüksək qiymətləndirdiyini, Azərbaycan 
								Dillər Universitetində yeni mərkəzlərin 
								açılacağını, amerikalı tələbələrin Azərbaycan 
								dilini öyrənmək üçün universitetə gələcəklərini, 
								eyni zamanda yay mövsümündə ADU tələbələrinin 
								Skandinaviya ölkələrinə təhsil almağa 
								gedəcəklərini bildirdi.  
								
								
								Tədbirdə qonaqlar üçün Amerika mətbəxinin 
								cürbəcür nümunələri verildi. Eyni zamanda 
								Azərbaycan xalq incəsənətinə məxsus bir sıra 
								ornamentli kiçik xalçalar, mis qablar nümayiş 
								etdirildi.Yerli və xarici tələbələr müxtəlif 
								musiqili çıxışlar etdilər. Amerika vətəndaşı 
								olan tələbə isə Azərbaycan xalqının milli musiqi 
								aləti sazda mükəmməl ifa nümayiş etdirdi. 
								 
								
								
								
								Şakir CƏFƏROV  |