| 
								 
								
								Bakıdakı  63  nömrəli orta məktəbin  I "A" 
								sinfində  riyaziyyat  fənnindən "Onluğu 
								tamamlamaqla toplama", "Öyrənilənləri  
								ümumiləşdirmək" mövzuları  üzrə  "açıq dərs" 
								keçilib.  "Açıq dərs"in keçirilməsinin  əsas 
								məqsədi  öyrənilən materialın  ümumiləşdirilməsi 
								və sistemə salınmasına  yönəldilib.  Öncə sinif 
								müəllimi  Afət Mürsəlova lövhədə Azərbaycan  
								sözünü  yazıb. Sonra uşaqlar Azərbaycan sözündən 
								hərflərin  sayını  və 10 ədədinin tərkibini 
								cütlər vasitəsilə  söyləyiblər.  Onlar istedad 
								və bacarıqlarını nümayiş etdirmək məqsədilə   
								dörd qrupa bölünüblər. Hər qrupda beş  şagird 
								olmaqla onlar  ilin fəsillərinə uyğun 
								adlandırılıblar. Sonra  birincilər  iş  
								dəftərlərini açaraq   sərbəst  işləyiblər.
								 
								
								
								Dərsin sonunda  Afət müəllim    şagirdlərin  
								biliklərini  meyar cədvəlinə uyğun  
								qiymətləndirib.  Dərs prosesində   kiçik 
								qrupların bilik səviyyəsinə  uyğun  olaraq  
								mövzunun seçilməsi  səmərə verib.Fəal təlim 
								metodlarından ustalıqla istifadə etməklə  
								müəllim qarşısına qoyduğu məqsədə nail olub. 
								
								
								
								S.SƏFƏROVA  |