| 
								 
								
								Qəbələdə ümummilli lider Heydər Əliyevin anadan 
								olmasının 87-ci ildönümünə həsr edilmiş müxtəlif 
								müsabiqə və idman yarışları keçirilir. Rayonun 
								ümumtəhsil məktəbləri arasında keçirilmiş inşa 
								müsabiqəsində 52 məktəbin şagirdləri fəal 
								iştirak etmişdir. Qəbələ RTŞ-da qaliblər 
								müəyyənləşdirilmiş və mükafatlandırılmışdır. 
								Qəbələ şəhər 3 nömrəli orta məktəbin X sinif 
								şagirdi Aygül Şərifzadə Bakı şəhərində 
								keçiriləcək müsabiqənin respublika turunda 
								iştirak etmək hüququ qazanmışdır. 
								
								
								Tədbirlər planında müəllimlər arasında şahmat 
								yarışının keçirilməsi də böyük marağa səbəb 
								olmuşdur. Bu yarışın rayon turunda 56 nəfər 
								təhsil işçisi mübarizə aparmışdır. Soltannuxa 
								kənd orta məktəbinin müəllimi Fariz Quliyev I 
								yer tutaraq respublika turuna vəsiqə əldə 
								etmişdir. 
								
								
								Rayonda keçirilmiş futbol yarışında isə 48 
								məktəbin komandası iştirak edirdi. Mübarizədə 
								Soltannuxa kənd futbol komandası qalib gələrək 
								zona yarışına vəsiqə qazanmışdır. 
								
								
								
								Nizami MİRZƏ  |