| 
								 
								
								Naxçıvan Özəl Universitetində Azərbaycan milli 
								mətbuatının 135 illiyinə həsr olunmuş 
								"Azərbaycan milli mətbuatının dünəni və bu günü" 
								mövzusunda elmi-praktik konfrans keçirildi.
								 
								
								
								Konfransı giriş sözü ilə universitetin tərbiyə 
								işləri üzrə prorektoru Əli Yusifov açdı.   Sonra 
								filologiya elmləri üzrə fəlsəfə doktoru Rafiq 
								Babayev "Azərbaycan milli mətbuatının yaranması 
								və inkişafı tarixi" mövzusunda məruzə etdi. 
								
								
								Qeyd olundu ki, ölkəmizdə azad mətbuatın 
								yaranması ümummilli liderimiz Heydər Əliyevin 
								adı ilə bağlıdır. Məhz onun apardığı uzaqgörən 
								siyasətin, həyata keçirilən məqsədyönlü 
								tədbirlərin nəticəsidir ki, milli mətbuatımız XX 
								əsrin sonunda hərtərəfli inkişaf yoluna qədəm 
								qoydu. Azad, demokratik, dünyəvi cəmiyyət 
								quruculuğu istiqamətində fəaliyyət göstərən 
								mətbuatın müstəqil ictimai fikrin, düşüncə 
								tərzinin formalaşmasında özünəməxsus xidmətləri 
								var. 
								
								
								Sonra magistr, pedaqoji fakültənin tyutoru Anar 
								Abuzərli "Azərbaycan milli  mətbuatının bu günü" 
								mövzusunda məruzə etdi. 
								
								
								
								Mina QASIMOVA  |