| 
								 
								
								 İyulun 
								20-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və 
								Yenidənhazırlanma İnstitutunda  Azərbaycan milli 
								mətbuatının 135 illik yubileyinə həsr olunmuş 
								"Milli dərk aynasında özünüdərk" mövzusunda 
								elmi-praktik konfrans keçirildi.  
								
								
								Konfransı giriş sözü ilə açan BPKİYİ-nin 
								rektoru, professor Asəf Zamanov bildirdi ki,  
								135 illiyini qeyd etdiyimiz Azərbaycan milli 
								mətbuatı  böyük və  şərəfli inkişaf  yolu keçib 
								və bütün dövrlərdə   qabaqcıl ideyaların carçısı 
								olmuşdur. Hazırda mətbuatımız mütərəqqi 
								ənənələri formalaşdıraraq cəmiyyət qarşısında 
								üzərinə götürdüyü  missiyanı layiqincə yerinə 
								yetirir. 
								
								
								1993-cü ildə  xalqın təkidli tələbi ilə  yenidən 
								hakimiyyətə qayıdan ümummilli lider Heydər 
								Əliyev müasir  və müstəqil Azərbaycan  
								Respublikasının əsasını qoyub. Qeyd olundu  ki, 
								bu dövrlərdə  söz və mətbuat azadlığını 
								məhdudlaşdıran müxtəlif maneələr aradan 
								qaldırılıb, KİV-in fəaliyyətini tənzimləyən 
								qanunvericilik bazası təkmilləşdirilərək   
								senzura  ləğv olunub. 
								
								
								 Əsası 
								ulu öndər  Heydər   Əliyev tərəfindən qoyulmuş 
								KİV-lərin maddi-texniki bazasının 
								möhkəmləndirilməsi, jurnalistlərin sosial 
								müdafiəsinin gücləndirilməsi xətti bu gün   
								Prezident  İlham Əliyev tərəfindən  uğurla davam 
								etdirilir. 
								
								
								Sonra tədbirdə  BDU-nun sosiologiya kafedrasının 
								müdiri, professor İzzət Rüstəmovun "Azərbaycanda 
								maarifçilik mədəniyyətinin nadir incisi - 
								"Əkinçi", Azərbaycan  Respublikasının 
								Prezidenti  yanında Kütləvi İnformasiya 
								Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 
								Müşahidəçilər Şurasının üzvü,   "İki sahil" 
								qəzetinin  baş redaktoru  Vüqar Rəhimzadənin   
								"Azərbaycan milli mətbuatı-135: tarixi 
								nailiyyətlər və perspektivlər", BPKİYİ-nin 
								psixologiya kafedrasının müdiri, psixologiya 
								elmlər namizədi Hökümə Əliyevanın "Əkinçi"- 
								mədəniyyət  kodeksinin rəmzi kimi",  BPKİYİ-nin 
								Redaksiya, nəşriyyat və poliqrafiya şöbəsinin 
								redaktoru Qərib Əsgərovun "Milli mətbuatın 
								inkişafının Heydər Əliyev mərhələsi" 
								mövzularında məruzələri və digər çıxışlar 
								dinlənildi.  
								
								
								
								Şakir CƏFƏROV  |