| 
								 
								
								Bu yaxınlarda Azərbaycan Dövlət Pedaqoji 
								Universitetinin dosenti  Məmmədxan  Soltanovun 
								"Şair və yazıçılarımızın həyatından maraqlı  
								anlar" kitabı işıq üzü görüb.  Kitabda şair və 
								yazıçılarımızın həyat və yaradıcılığından 
								qeyri-adi və qəribə hadisələr, maraqlı anlar 
								toplanmışdır. Kitabın hazırlanmasında 
								ədəbiyyatşünas Kamran Məmmədovun tərtib etdiyi 
								"Azərbaycan yazıçılarının həyatından dəqiqələr" 
								kitabından və başqa  materiallardan istifadə 
								edilmişdir.  Ümidvarıq ki,  hər bir oxucu bu 
								kitabda öz əksini tapan   nümunələri maraqla 
								qarşılayacaq, ondan lazımınca istifadə edə 
								biləcəkdir.  
								
								
								
								Şakir CƏFƏROV  |