| 
								 
								
								Azərbaycan Müəllimlər İnstitutu Əlavə təhsil 
								kabinetinin metodisti, pedaqoji elmlər namizədi 
								Yeganə Cəlilovanın və qabaqcıl məktəbşünas, 
								metodist Solmayə Əmirəliyevanın Zaqatala 
								filialında keçirdikləri dərslər regionun 
								pedaqoji kadrlarının yaddaşında uzun müddət 
								qalacaqdır. 4 gün davam edən təlim - məsləhət 
								məşğələlərində Zaqatala, Balakən və Qax 
								rayonlarından cəlb olunmuş 40 nəfər ibtidai 
								sinif müəllimi, 16 nəfər məktəbəqədər tərbiyə 
								müəssisələrinin tərbiyəçisi iştirak edib. 
								Məşğələ olduqca canlı və müdavimlərlə əks-əlaqə 
								şəklində qurulmuş, burada təlimin texniki 
								vasitələrindən, audio və video materiallardan, 
								qabaqcıl texnoloji nailiyyətlərdən bacarıqla 
								istifadə olunmuşdur. Dinləyicilər respublikada 
								ixtisasartırma təhsilinə verilən yeni 
								tələbatları dərindən mənimsəmiş, dünya təhsilinə 
								inteqrasiya məsələləri ilə tanış olmuş, ibtidai 
								siniflərdə uğurla tədris edilən kurikulumun 
								mahiyyətinə bələd olmuş, məktəbyaşlı uşaqlarla 
								aparılan tərbiyə işinin və onların məktəbə 
								hazırlanmasının nəzəri problemlərini 
								öyrənmişlər.  
								
								
								Təlim - məşğələlərin sonuncu günü AMİ-nin 
								əməkdaşları filialın pedaqoji kollektivi və 
								tədris - köməkçi heyəti ilə geniş tərkibdə 
								seminar-treninq keçirmişlər.  
								
								
								AMİ Zaqatala filialında növbəti tədris ilində 
								ixtisasartırma təhsilində fəal təlim 
								metodlarının tətbiqi və yayılması istiqamətində 
								böyük işlər görülməsi nəzərdə tutulur. Bu sahədə 
								AMİ-nin fəal dəstəyindən yararlanan filial 
								kollektivi və onun əlavə təhsil bölməsi 
								nailiyyətlərini bundan sonra da artıracaq, 
								regionda pedaqoji kadrların müasir 
								innovasiyalarla hərtərəfli əhatə olunması üçün 
								bütün qüvvələrini səfərbərliyə alacaqdır. 
								
								
								
								Lalə QURBANOVA,  
								AMİ Zaqatala filialının 
								
								
								 Əlavə  təhsil üzrə direktor müavini  |