| 
								 
								
								AzərTAc xəbər verir ki, yanvarın 11-də 
								Azərbaycan Diplomatik Akademiyasında (ADA) ali 
								məktəblər üçün yeni "Beynəlxalq hüquqda fəxri 
								konsul institutu" dərsliyinin təqdimatı 
								olmuşdur.  
								
								
								Xarici işlər nazirinin müavini, ADA-nın rektoru 
								Hafiz Paşayev bildirmişdir ki, ölkəmizin xarici 
								siyasət idarəsinin əməkdaşları Əlimirzamin 
								Əsgərovun və Pərvin Məmmədovanın müəllifləri 
								olduğu tədris vəsaiti Azərbaycanın diplomatik 
								xidmətinin 90 illiyi ilə bağlı keçirilmiş 
								silsilə tədbirlərin yekunu olaraq ərsəyə 
								gəlmişdir.  
								
								
								Diplomatiya, beynəlxalq hüquq və beynəlxalq 
								münasibətlər üzrə ixtisaslaşan tələbələr və 
								müəllimlər üçün nəzərdə tutulmuş üç hissədən 
								ibarət dərslikdə Azərbaycanda fəxri konsul 
								institutunun fəaliyyətinin hüquqi 
								tənzimlənməsinə dair məsələlər öz əksini 
								tapmışdır.  
								
								
								Mərasimdə iştirak edən xarici işlər nazirinin 
								müavini Vaqif Sadıqov da bu dərsliyin 
								Azərbaycanın ali təhsil ocaqları üçün böyük 
								töhfə olacağını vurğulamışdır.   |