| 
								 
								
								Təhsil Nazirliyindən aldığımız məlumatda 
								bildirilir ki, yanvarın 8-də "Azərbaycan 
								Respublikasında texniki peşə təhsilinin inkişafı 
								üzrə Dövlət Proqramı (2007-2012-ci illər)" 
								çərçivəsində texniki peşə təhsilinin 
								kurikulumları və yeni standartlarının 
								hazırlanması, bu istiqamətdə beynəlxalq 
								təcrübənin öyrənilməsi məqsədi ilə 16 nömrəli 
								Bakı Peşə Liseyində seminar keçirilib. 
								
								
								Seminarda işçi qrupu  tərəfindən hazırlanmış  
								ixtisaslar üzrə peşələrin kurikulumlarının 
								layihə  sənədi və  layihə sənədində  nəzərdə 
								tutulmuş peşələrin əsas  məqsədi, təhsil 
								müddətində  öyrədiləcək məzmunun əsas 
								istiqamətləri (əsas funksiyaları), peşə  
								standartları (funksional modulları) 
								ayrı-ayrılıqda oxunaraq yenidən  müzakirə 
								edilib. 
								
								
								Təhsil Nazirliyinin nümayəndəsi Elxan Cəfərov 
								çıxışında bildirib ki, gələcəkdə peşə təhsili 
								üzrə yeni peşə-ixtisas klassifikatorunun  və 
								seçilmiş ixtisaslar üzrə  kurikulumların  
								hazırlanması "Dünyaya Baxış" beynəlxalq 
								humanitar təşkilatı  tərəfindən  dəstəklənən 
								"Gənclərin məşğulluq şəbəkəsinin yaradılması" 
								layihəsi çərçivəsində həyata keçiriləcək.    
								
								
								
								Şakir CƏFƏROV  |