| 
								 
								
								Yanvarın 11-də akademik Zərifə Əliyeva adına 
								orta məktəbdə Azərbaycanda ingilis dili 
								müəllimləri üçün ilk dəfə olaraq İngilis dilinin 
								Onlayn tədrisi (ETTO) ixtsasartırma layihəsinin 
								başlanmasına həsr olunmuş mərasim keçirildi. 
								
								
								Tədbirdə Təhsil Nazirliyinin nümayəndələri, 
								ayrı-ayrı regionlarda orta məktəblərdə işləyən  
								ingilis dili müəllimləri və KİV nümayəndələri 
								iştirak edirdilər. Tədbiri giriş sözü ilə təhsil 
								naziri Misir Mərdanov  açaraq bildirdi ki, 
								2003-cü ildən indiyə kimi Təhsil Nazirliyi 
								"British Council"in Azərbaycan nümayəndəliyi ilə 
								xeyli faydalı layihələr həyata keçirib. Bizim 
								ölkədə əvvəllər ingilis dilinin tədrisi intensiv 
								olmamışdır. Sonralar Bakının 7 orta  məktəbində  
								ingilis dilinin intensiv tədrisinə geniş  yer 
								verildi və  bu sahədə də böyük uğurlar əldə 
								edilmişdir. 
								
								
								Təhsil naziri Misir Mərdanov qeyd etdi  ki, bu 
								layihədə bütün fəaliyyətlər, tapşırıqlar, video 
								və audiomateriallar  hələlik ibtidai siniflərdə  
								dərs deyən ingilis dili müəllimləri üçün nəzərdə 
								tutulub.  Yanvarın 15-dən başlanan bu kursda  
								Gəncə, Zaqatala, İsmayıllı, Sumqayıt və Bakı 
								məktəblərinin ibtidai siniflərində ingilis 
								dilindən dərs deyən 48 müəllim  iştirak edəcək. 
								Kurs boyu müəllimlərə onlayn təlimçi dəstək 
								olacaq və  sonda müəllimlərə kursdan keçmələri 
								haqqında sertifikatlar veriləcək. ümid edirəm 
								ki, həyata keçirilən bu layihə Azərbaycan 
								məktəblərində dərs deyən ingilis dili 
								müəllimləri üçün daha uğurlu olacaq. 
								
								
								Təhsil naziri Misir Mərdanov bu işə rəhbərlik 
								edən "British Council"in Azərbaycan 
								nümayəndəliyinin  layihə rəhbəri Gülşən 
								Hüseynovaya öz təşəkkürünü bildirdi və onlara bu 
								işdə uğurlar arzuladı.  
								
								
								Tədbirdə iştirak edən xarici təşkilatın 
								nümayəndəsi xanım Rozmari Arnot Təhsil Nazirliyi 
								ilə  aparılan səmərəli  işin səviyyəsindən razı 
								qaldığını dedi və gələcəkdə Azərbaycanın bütün  
								tədris müəssisələrində ingilis dilinin yüksək  
								səviyyədə öyrədilməsi üçün   bu fənnin tədrisi 
								sahəsində daha böyük layihələr həyata 
								keçiriləcəyindən danışdı.  
								
								
								Şakir CƏFƏROV  |