| 
								 
								
								Azərbaycan Müəllimlər İnstitutunda 2009-2010-cu 
								tədris ilinin qış imtahan sessiyasına hazırlıq 
								işləri barədə məsələ institutun Elmi Şurasının 
								10 dekabr 2009-cu il tarixli iclasında müzakirə 
								edilib və qərar qəbul olunub. Sessiyanın 
								mütəşəkkil keçirilməsi üçün istər baza 
								institutunda, istərsə də filiallarda bir sıra 
								zəruri tədbirlər həyata keçirilib. Bir qayda 
								olaraq imtahanlar bütün kurslarda yazılı formada 
								keçirilir. İmtahanlar başa çatdıqdan sonra 
								imtahan vərəqələri kodlaşdırılmaq üçün 
								rektorluğa təqdim edilir. İmtahanın nəticələri 
								elə həmin gün protokollaşdırılır, müəllimlər 
								tərəfindən imzalanır və qiymət cədvəlləri 
								doldurulur. 
								
								
								İmtahan sessiyasında yarana biləcək münaqişə və 
								şikayətlərin operativ və obyektiv həll 
								edilməsini təmin etmək məqsədilə institutda 
								münaqişə komissiyası yaradılıb. Tələbələrin 
								nəzərinə çatdırılıb ki, imtahanların 
								nəticəsindən narazı qalanlar yalnız imtahanın 
								nəticələri elan olunduğu gün münaqişə 
								komissiyasına ərizə ilə müraciət edə bilərlər. 
								
								
								Bundan başqa, institutda baş verə biləcək hər 
								hansı neqativ halların aradan qaldırılması üçün 
								daimi olaraq "Qaynar xətt" fəaliyyət göstərir. 
								
								
								2009-2010-cu tədris ilinin qış imtahan 
								sessiyasının keçirilməsi ilə əlaqədar institutda 
								"Açıq qapı günləri" elan edilib. İmtahan 
								sessiyasının şəffaf və ədalətli keçirilməsinin 
								şahidi olmaq və sessiyanın gedişini izləmək 
								istəyən bütün valideynlər, mətbuat işçiləri və 
								ictimaiyyət nümayəndələri "Açıq qapı günləri"ndə 
								iştirak edə bilərlər. 
								
								
								 Bütün bunlarla yanaşı, sonda onu da 
								xatırlatmağı lazım bilirik ki, Təhsil 
								Nazirliyində "Qaynar xətt" fəaliyyət göstərir. 
								Müəllim və tələbələr, imtahanlarda nəzarəti 
								həyata keçirən QHT-lərin və ictimaiyyətin 
								nümayəndələri rastlaşdıqları nöqsanlar, neqativ 
								hallar barədə "Qaynar xətt"ə (tel.496-34-82, 
								faks 496-37-61. e-mail: qaynarxett@edu.gov.az) 
								məlumat verə bilərlər. 
								
								
								
								Y.ƏLİYEV  |