| 
								 
								
								Bakının 8 nömrəli orta məktəbinin müəllimi 
								İlhamə Əkbərova Microsoft korporasiyasının 
								Berlində keçirdiyi Avropa İnnovativ Müəllimlər 
								Müsabiqəsinin yekunlarına görə, ilk "iyirmiliyə" 
								daxil olub. İ.Əkbərova Azərbaycanı "Məzmunda 
								innovasiyalar"  nominasiyası üzrə "Çoxüzlülər 
								bizim ətrafımızdadır" layihəsi ilə təmsil 
								edirdi. Müsabiqədə 41 ölkədən 80-dən çox müəllim 
								iştirak edirdi.
								  
								
								
								Avropanın ən yaxşı 20 innovativ müəllimi 
								sırasında İlhamə Əkbərova cari ilin oktyabr 
								ayında Keyptaun şəhərində (CAR) keçiriləcək 
								Ümumdünya İnnovativ Müəllimlər Müsabiqəsində 
								iştirak etmək hüququnu qazanıb.  
								
								
								İlhamə Əkbərova ölkəmizi Berlində Təhsil 
								Nazirliyi və "Microsoft Azərbaycan" şirkəti 
								tərəfindən həyata keçirilən, "MƏDƏD", "ULTRA", 
								"İntel", "HP" tərəfindən dəstəklənən Azərbaycan 
								üzrə İnnovativ müəllimlər müsabiqəsinin qalibi 
								kimi təmsil edirdi. Müsabiqə "2008-2012-ci 
								illərdə Azərbaycan Respublikasında təhsil 
								sisteminin informasiyalaşdırılması üzrə Dövlət 
								Proqramı" çərçivəsində ümumtəhsil məktəb 
								müəllimlərinin motivasiya sisteminin 
								formalaşmasına dəstək məqsədi də daşıyır. 
								
								
								Müsabiqə innovasiya yanaşmasının və informasiya 
								texnologiyalarının yardımı ilə məktəbin tədris  
								proqramını daha səmərəli şəkildə həyata 
								keçirməyə imkan verən ən yaxşı təhsil 
								layihələrinin müəyyən edilməsinə 
								istiqamətlənmişdi.  |