| 
								 
								
								Martın 29-da Təhsil Nazirliyində müşavirə 
								keçirilib. 
								
								Müşavirəni giriş
								 sözü 
								ilə açan təhsil naziri Misir Mərdanov qarşıda 
								duran bir sıra məsələlərə toxunub. Öncə Misir 
								Mərdanov Təhsil Nazirliyində fəaliyyət göstərən 
								"Qaynar xətt" xidmətinin fəaliyyətinin daha da 
								gücləndirilməsindən, aparılan işlərin 
								səmərəliliyinin təmin olunmasından söz açıb, 
								xidmətin işinin təkmilləşdirilməsi üçün vacib 
								olan məqamlara toxunub. 
								
								
								Sonra nazir yaxın günlərdə keçirilməsi nəzərdə 
								tutulan kollegiya iclaslarına hazırlıq işlərinin 
								təşkili vəziyyəti ilə maraqlanıb. Qeyd olunub 
								ki, həmin tədbirlərdə əcnəbi tələbələrin 
								Azərbaycanda təhsili, ölkə üzrə metodik xidmətə 
								dair mövcud vəziyyət və onun yaxşılaşdırılması, 
								IX-XI siniflərdə keçirilən yoxlama 
								imtahanlarının yekunu, buraxılış imtahanına 
								hazırlıq məsələləri müzakirə olunacaq. 
								
								
								Müşavirədə nazir, həmçinin "Ən yaxşı ümumtəhsil 
								məktəbi", "Ən yaxşı müəllim" müsabiqələri üzrə 
								işin gedişi, məktəblərin rasionallaşdırılması, 
								peşə təhsili, elm, dərslik və digər sahələrlə 
								bağlı bir sıra məsələlərə də toxunub, eyni 
								zamanda bu və ya  digər istiqamətdə aparılan 
								işlərə dair konkret tapşırıqlar verib.  |