| 
								 
								
								Martın 19-da Təhsil Nazirliyində  doktorantların 
								və gənc tədqiqatçıların XIV Respublika elmi 
								konfransının yekunlarına, konfransda fərqlənmiş 
								iştirakçıların mükafatlandırılmasına həsr 
								olunmuş mərasim keçirildi. 
								
								
								Tədbiri  təhsil naziri Misir Mərdanov açaraq  
								son illərdə doktorantların və gənc 
								tədqiqatçıların elmi yaradıcılığını 
								stimullaşdırmaq ,
								 habelə 
								onların elmi nailiyyətlərini müzakirə etmək və 
								gənclərin yaradıcılıq potensialını inkişaf 
								etdirmək məqsədi ilə həyata keçirilən 
								tədbirlərdən danışdı. Nazir Misir Mərdanov ölkə 
								başçısı cənab İlham Əliyev tərəfindən  
								Azərbaycan elminin inkişafı istiqamətində 
								görülən məqsədyönlü işlərdən söz açdı. Nazir 
								qeyd etdi ki, dövlət başçısının imzaladığı  
								müvafiq sərəncamlar  elmə və təhsilə göstərdiyi 
								ən böyük diqqət və qayğının  parlaq nümunəsidir. 
								Bu gün respublikada elmin inkişafına ümidlə 
								baxılır, çünki bizim kifayət qədər  istedadlı 
								gənclərimiz var və onların sayı getdikcə 
								artmaqdadır. Elmin inkişafı , yeniləşməsi, 
								uğurlu nəticələrin əldə olunması ilə bağlı  ali 
								məktəblərin qarşısında  duran vəzifələrə toxunan 
								təhsil naziri gənclərimizin elmi -tədqiqat 
								işlərinə cəlb olunması , istedadlı gənclərin 
								aşkar edilməsi məqsədi ilə Təhsil Nazirliyinin 
								keçirdiyi tədbirlər arasında doktorantların və 
								gənc tədqiqatçıların konfransının  özünəməxsus 
								rolu olduğunu bildirdi. Nazir belə tədbirlərdə 
								gənclərin məşğul olduqları elm sahələrindəki 
								nailiyyətləri nümayiş etdirməklə yanaşı , elmi 
								işlərində əldə etdikləri uğurlar haqqında da  
								məruzə etmək hüququ qazandıqlarını söylədi. 
								Təhsil naziri çıxışında  keçirilmiş elmi 
								konfrans haqqında məlumat  verdi. Qeyd olundu 
								ki, 4-5 dekabr 2009-cu il tarixlərində Təhsil 
								Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan 
								Dillər Universitetində doktorantların və gənc 
								tədqiqatçıların  XIV Respublika elmi konfransı 
								keçirilib. Elmi konfransda bütün ali 
								məktəblərin, o cümlədən qeyri-dövlət ali 
								məktəblərinin  doktorant və gənc 
								tədqiqatçılarının  iştirakı üçün şərait 
								yaradılıb. Doktorantların və gənc 
								tədqiqatçıların respublika elmi konfransı 
								ənənəvi olaraq hər il keçirilir. Elmi konfransa  
								20 ali məktəbdən 298 tezis təqdim edilib. 
								Konfransın 19 bölməsində 222 məruzə dinlənilib 
								və müzakirə olunub. Məruzəçilərdən 58 nəfəri 
								elmi işinin aktuallığı, yeniliyi və mövzusunu 
								auditoriyaya çatdırmaq bacarığı ilə fərqlənib, 5 
								nəfərin məruzəsi isə ən yaxşı məruzə kimi 
								qiymətləndirilib. Nazir Misir Mərdanov ildən-ilə 
								gənclər tərəfindən konfransa  marağın artdığını, 
								təqdim olunan məruzələrin elmi səviyyəsinin 
								getdikcə yüksəldiyini qeyd etdi. Bunun 
								təqdirəlayiq hal olduğunu bildirən nazir 
								konfransda fərqlənmiş gənclərə ən xoş 
								istəklərini çatdıraraq onlara elmi nailiyyətlər 
								arzuladı. 
								
								
								Mərasimdə çıxış üçün söz alan təhsil nazirinin 
								müavini İradə Hüseynova elmi konfransın 
								keçirilməsində zəhməti olan  bütün şəxslərə 
								təşəkkürünü bildirdi. Nazir müavini təşkilati 
								məsələlərlə bağlı geniş məlumat verərək onu da 
								qeyd etdi ki, təhsil nazirinin müvafiq əmri ilə 
								elmi  konfransın bölmələrinin işinin təşkilində 
								səmərəli fəaliyyətlərinə görə sədr və 
								həmsədrlərə Təhsil Nazirliyinin təşəkkürü elan 
								olunub. İradə Hüseynova onların hər birinin 
								adını çəkdi, bildirdi ki, doktorantların və gənc 
								tədqiqatçıların XIV Respublika elmi konfransının 
								materialları Azərbaycan Dillər Universiteti 
								tərəfindən çap olunaraq konfrans iştirakçılarına 
								paylanacaq. Nazir müavini çıxışının sonunda 
								bütün gəncləri əldə etdikləri uğur münasibəti 
								ilə təbrik etdi. 
								
								
								Tədbirdə iştirak edən Azərbaycan Dillər 
								Universitetinin rektoru, millət vəkili Səməd 
								Seyidov keçirilmiş elmi konfransın 
								respublikamızın ali məktəblərində təhsil alan 
								gənclərin elmi-tədqiqat işinə cəlb olunmasında , 
								bilik və bacarıqlarının üzə çıxarılmasında, 
								onlarda elmə həvəs oyadılmasında əhəmiyyətli rol 
								oynadığını xüsusi vurğuladı. Rəhbərlik etdiyi 
								ali məktəbdə təhsillə bağlı həyata keçirilən 
								tədbirlərdən söz açan rektor sonda konfrans 
								iştirakçılarına müvəffəqiyyətlər dilədi. 
								
								
								Sonra doktorantların və gənc tədqiqatçıların XIV 
								Respublika elmi konfransında fərqlənmiş 
								iştirakçıların adları açıqlandı. 58 doktorant və 
								gənc tədqiqatçıya sertifikatlar təqdim edildi. 
								Ən yaxşı məruzə ilə çıxış etmiş 5 nəfər isə 
								noutbukla mükafatlandırıldı.  
								
								
								
								Samirə KƏRİMOVA  |