| 
								 
								
								2009-2010-cu tədris ilində Şamaxı rayonunun 
								ümumtəhsil  məktəblərində təlim-tərbiyənin 
								keyfiyyətinin yüksəldilməsi, şagirdlərin 
								müxtəlif yarış və müsabiqələrdə iştirakını təmin 
								etmək məqsədilə bir sıra tədbirlər həyata 
								keçirilib. 
								
								
								Dərs ilinin müvafiq dövrü ərzində Şamaxı 
								məktəblilərinin respublika üzrə keçirilən 
								müxtəlif yarış və müsabiqələrdə iştirakı təmin 
								olunub. 
								
								
								Bu yaxınlarda rayon Texniki Yaradıcılıq 
								Mərkəzinin dərnək üzvü Vüsal Xəlilov uşaq və 
								yeniyetmələrin elmi-texniki potensialının üzə 
								çıxarılması, yaradıcılıqlarının inkişaf 
								etdirilməsi məqsədilə keçirilən texniki 
								yaradıcılığın "Avtomodel" növü üzrə İsmayıllı 
								zona müsabiqəsində qalib gəlib. 
								
								
								Təhsil Nazirliyinin müvafiq əmrlərinə əsasən, 
								rayonun VII-XI sinif şagirdləri arasında 
								ümummilli lider Heydər Əliyevin anadan olmasının 
								87-ci ildönümünə həsr olunmuş "Heydər Əliyev və 
								müstəqil Azərbaycan" və  "Erməni genosidi" 
								mövzularında inşa yazı, rəsm müsabiqələri 
								keçirilib. Qaliblər müəyyən edilərək respublika 
								müsabiqəsinə təqdim edilmişlər. 
								
								
								Şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsini 
								gücləndirmək məqsədilə "Cəsurlar" və "Şahin" 
								hərbi idman oyunları keçirilib. 
								
								
								Rayonda istedadlı şagirdlərin aşkar edilib üzə 
								çıxarılmasında mühüm rol oynayan fənn 
								olimpiadalarının I və II rayon turları 
								keçirilərək 17 nəfər şagird respublika turuna 
								vəsiqə qazanıb.  
								
								
								Nizami MİRZƏ  |