| 
								 
								
								2009-2010-cu dərs ilində məktəblilərin fənn 
								olimpiadalarını yüksək səviyyədə keçirmək, bu 
								işi daha da təkmilləşdirmək, istedadlı 
								şagirdləri üzə çıxarmaq, onların yaradıcılıq 
								qabiliyyətlərini inkişaf etdirmək sahəsində 
								müəyyən işlər görülmüş, müvafiq təşkilati 
								tədbirlər həyata keçirilmiş, xərclər smetası 
								tutulmuş, fənlər üzrə olimpiada  materialları  
								hazırlanıb yerlərə göndərilmişdir. 
								
								
								Azərbaycan Respublikası Prezidentinin 17 aprel 
								2006-cı il tarixli, 1414 nömrəli Sərəncamı ilə 
								təsdiq edilmiş "Xüsusi istedada malik olan 
								uşaqların (gənclərin) yaradıcılıq potensialının 
								inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu 
								illər)"nın icrası ilə bağlı "Elementar 
								riyaziyyatın əlavə fəsilləri və olimpiadalar. I 
								kitab", "Riyaziyyatdan olimpiada iştirakçıları 
								üçün 200 variant", "Kimyadan olimpiada 
								məsələləri", "Uşaqlarda istedadın 
								müəyyənləşdirilməsi və inkişaf etdirilməsi", 
								"İstedadlı uşaqların psixoloji təminatı", 
								"İstedadın psixoloji diaqnostikası" adlı 
								kitablar çap olunmuş, müəllim və şagirdlərin 
								istifadəsinə verilmişdir. 
								
								
								Fənn olimpiadalarının rayon (şəhər)  
								mərhələsinin I turunda 49301,  II turunda 8616, 
								Respublika turunda 1138  nəfər iştirak etmişdir. 
								
								
								Olimpiadaların nəticələri cədvəldə  göstərilən 
								kimi olmuşdur: 
								
								
								  
								
									
										|   | 
										
										
										Fənlər | 
										
										
										
										İştirakçıların sayı
										 | 
										
										
										Qaliblərin sayı | 
										  | 
									 
									
										| 
										
										
										Cəmi | 
										
										
										I | 
										
										
										II | 
										
										
										III | 
										
										
										IV | 
									 
									
										| 
										
										Azərbayjan dili və ədəbiyyat | 
										
										
										232 | 
										
										
										68 | 
										
										
										3 | 
										
										
										6 | 
										
										
										9 | 
										
										
										50 | 
									 
									
										| 
										
										Azərbayjan tarixi | 
										
										
										224 | 
										
										
										48 | 
										
										
										2 | 
										
										
										6 | 
										
										
										9 | 
										
										
										31 | 
									 
									
										| 
										
										Riyaziyyat | 
										
										
										161 | 
										
										
										52 | 
										
										
										3 | 
										
										
										6 | 
										
										
										9 | 
										
										
										34 | 
									 
									
										| 
										
										Fizika | 
										
										
										120 | 
										
										
										24 | 
										
										
										2 | 
										
										
										3 | 
										
										
										7 | 
										
										
										12 | 
									 
									
										| 
										
										Kimya | 
										
										
										144 | 
										
										
										58 | 
										
										
										7 | 
										
										
										7 | 
										
										
										13 | 
										
										
										31 | 
									 
									
										| 
										
										Biologiya | 
										
										
										222 | 
										
										
										79 | 
										
										
										2 | 
										
										
										6 | 
										
										
										10 | 
										
										
										61 | 
									 
									
										| 
										
										İnformatika | 
										
										
										35 | 
										
										
										17 | 
										
										
										4 | 
										
										
										4 | 
										
										
										4 | 
										
										
										5 | 
									 
									
										| 
										
										
										Cəmi: | 
										
										
										1138 | 
										
										
										346 (30,4 %) | 
										
										
										23 (2,0%) | 
										
										
										38 (3,3%) | 
										
										
										61 (5,4 %) | 
										
										
										224 (19,7 %) | 
									 
								 
								
								
								Yerlərdə olimpiadalara hazırlıq mərkəzləri 
								yaradılmış, xüsusi istedadı ilə fərqlənənlərin 
								obyektiv seçimi aparılmışdır. Bu səbəbdən də 
								fənn olimpiadalarının yekun turunda şagirdlərin 
								əksəriyyəti yüksək nəticə göstərmişdir. 
								
								
								Respublika turunda Naxçıvan MR-in, Bakı, 
								Sumqayıt, Şirvan  şəhərlərinin, İsmayıllı, Quba, 
								Hacıqabul, Neftçala, Şəmkir, Qazax, Abşeron, 
								Qax,  Tovuz, Cəlilabad, Ucar, Ağdaş, Balakən, 
								Qəbələ, Şəki, Oğuz rayonlarının şagirdləri daha 
								çox fərqlənmiş, mükafata layiq yerləri tutmağa 
								nail olmuşlar. 
								
								
								Bakı şəhəri 27, 83, 171, 264, 304 nömrəli 
								məktəblərin, 287 nömrəli "Zəkalar" liseyinin,  
								Bağça-məktəb-lisey kompleksinin, Heydər Əliyev 
								adına Müasir Təhsil Kompleksinin,  Sumqayıt 
								şəhəri təbiət və texniki elmlər liseyinin,  
								Təbiət elmləri təmayüllü gimnaziyanın, Balakən 
								rayonu texniki və humanitar liseyin, Culfa 
								rayonu Bənəniyar kənd, Ağcabədi şəhər 3, Zərdab 
								şəhər 1, Neftçala rayonu  Xıllı qəsəbə 1 
								nömrəli, İsmayıllı rayonu Mican kənd orta 
								məktəblərinin, bilavasitə  nazirlik nəzdindəki 
								akademik Zərifə Əliyeva adına orta məktəbin, 
								Heydər Əliyev adına, kimya-biologiya təmayüllü, 
								"Zəngi", "Tərəqqi" liseylərinin, S.C.Pişəvəri 
								adına humanitar fənlər, S.Bəhlulzadə adına 
								xarici dillər təmayüllü gimnaziyaların 
								şagirdləri  daha yaxşı nəticələr göstərərək 
								qaliblər sırasında  olmuşlar.    
								
								
								Ötən illərdə olduğu kimi, cari ildə də 
								respublikada fəaliyyət  göstərən "Çağ" Öyrətim 
								İşlətmələri Şirkətinin Azərbaycan-Türkiyə özəl  
								liseylərinin şagirdləri fənn olimpiadalarının 
								yekun turunda üstünlük təşkil etmiş, bu 
								liseylərin 47 nəfər şagirdi I-IV yerlərə layiq 
								görülmüşdür.  
								
								
								Bir sıra rayonlarda (Samux, Bərdə, Sabirabad, 
								Biləsuvar, Göygöl, Şamaxı) seçimin 
								qeyri-obyektiv aparılmasının nəticəsidir ki, 
								olimpiadanın yekun turunun iştirakçılarından 
								39(3,4%) nəfəri "0", 77(6,8%) nəfəri isə "1-10"  
								bal toplamışdır. 
								
								
								Göstərilənləri nəzərə alaraq  
								
								
								
								ƏMR EDİRƏM:  
								
								
								1. Məktəblilərin 2009-2010-cu dərs ilində  fənn 
								olimpiadalarının nəticələri  haqqında münsiflər 
								heyətləri sədrlərinin təqdimatları nəzərə 
								alınsın. 
								
								
								2. Fənn olimpiadalarının Respublika turunda 
								Naxçıvan MR-in, Bakı, Sumqayıt, Şirvan  
								şəhərlərinin, İsmayıllı, Quba, Hacıqabul, 
								Neftçala, Şəmkir, Qazax, Abşeron, Qax,  Tovuz, 
								Cəlilabad, Ucar, Ağdaş, Balakən, Qəbələ, Şəki, 
								Oğuz  rayonlarının və respublikada fəaliyyət 
								göstərən "Çağ" Öyrətim İşlətmələri Şirkətinin 
								Azərbaycan-Türkiyə özəl liseylərinin 
								şagirdlərinin uğurlu nəticələri qeyd edilsin. 
								
								
								3. Samux, Bərdə, Sabirabad, Göygöl, Şamaxı, 
								Ağsu, Salyan, Masallı, Qobustan, Xocavənd rayon, 
								Naftalan şəhər təhsil şöbələrinin fənn 
								olimpiadalarına hazırlıq sahəsində lazımi əməli 
								tədbirlər həyata keçirmədikləri həmin rayonların 
								təhsil şöbə müdirlərinin nəzərinə çatdırılsın. 
								
								
								4. Fənn olimpiadalarına şagirdlərin 
								hazırlanmasında səmərəli fəaliyyət göstərmiş və 
								2010-cu ildə  keçirilən olimpiadalarda 
								şagirdləri I dərəcəli diploma  layiq  görülmüş 
								müəllimlərin hər birinə 115 (yüz on beş) manat 
								məbləğində mükafat verilsin (əlavə 1). 
								
								
								5. Fənn olimpiadalarının keçirilməsi, 
								materialların hazırlanması, işlərin yoxlanılması 
								və yerlərin müəyyənləşdirilməsində xüsusi əmək 
								sərf edən Respublika münsiflər heyəti  
								sədrlərinin hər biri 110( yüz  on) manat, məsul 
								katiblərin hər biri 90 (doxsan) manat, üzvlərin 
								hər biri 50(əlli) manat pulla 
								mükafatlandırılsınlar (əlavə 2). 
								
								
								6. Naxçıvan MR Təhsil  Nazirliyinə, Bakı Şəhəri 
								üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil 
								İdarəsinə, bütün rayon (şəhər) təhsil şöbələrinə 
								tapşırılsın ki, əmrin məzmununu təhsil 
								müəssisələrinin pedaqoji  kollektivlərinə 
								çatdırsınlar, istedadlı şagirdlərin aşkara 
								çıxarılmasına, onlar üçün səmərəli təhsil 
								şəraitinin yaradılmasına, fənn olimpiadalarının 
								təşkili və keçirilməsinə  xüsusi diqqət 
								yetirsinlər. 
								
								
								7. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) 
								əmrin "Azərbaycan müəllimi" qəzetində dərc 
								olunmasını təmin etsin. 
								
								
								8. Əmrin icrasına nəzarət nazir müavini 
								İ.İsgəndərova həvalə edilsin.  
								
								
								
								Misir  MƏRDANOV, 
								Azərbaycan Respublikasının təhsil naziri 
								24 iyun 2010-cu il  |