| 
								 
								
								Naxçıvan Dövlət Universitetində məzun günü 
								keçirildi. Əvvəlcə məzunların bu təhsil ocağı 
								ilə bağlı xatirələrini əks etdirən "Universitet  
								dünyası"  adlı  slayd nümayiş olundu. 
								
								
								NDU-nun rektoru, akademik  İsa  Həbibbəyli çıxış 
								edərək şərəfli  tələbə  adını daim uca tutmağı 
								və məzunlarla bağlı ürək sözlərini tədbir 
								iştirakçılarının diqqətinə çatdırdı. Natiq, 
								məzunlara bu bilik xəzinəsində yiyələndikləri 
								sərvəti daim qoruyub saxlamağı və gələcəkdə 
								milli elmin, təhsilin, dövlətçilik və 
								azərbaycançılıq ideyalarının inkişafına layiqli  
								töhfələr verməyi dilədi, bir qrup məzuna  
								diplomlar  təqdim etdi.  
								
								
								Məzunlardan tarix ixtisası üzrə IV kurs 
								tələbəsi, universitetin gənclər təşkilatının 
								sədri Arzu  Abdullayev çıxış edərək sevincini 
								paylaşdı, dördillik təhsil müddətində qazandığı 
								biliklərdən, əldə etdiyi nailiyyətlərdən söz 
								açdı.  
								
								
								Tədbirdə universitetin istedadlı tələbələrinin 
								və Tələbə Teatr  Studiyasının rəqs qrupunun 
								ifalarında musiqi və rəqs nömrələri nümayiş 
								olundu, xarici  tələbələrdən ibarət "Karvan" şən 
								və hazırcavablar klubunun  zarafatları isə 
								iştirakçılarda xoş əhvali-ruhiyyə yaratdı.
								 
								
								
								
								Nərmin CƏFƏROVA  |