| 
								 
								
								 Bu 
								günlərdə Sumqayıt Şəhər Təhsil Şöbəsində 
								fəaliyyət göstərən veteran müəllimlər şurasının 
								hesabat- seçki yığıncağı keçirilmişdir. 
								
								
								Veteran müəllimlər şurasının sədri Məşdi 
								Zeynalov şuranın son bir ildə gördüyü işlər 
								barədə hesabat məruzəsi ilə çıxış etmişdir.   
								Daha sonra şəhər veteranlar şurasının sədri, 
								Sosialist Əməyi Qəhrəmanı Dadaş Dadaşov, sədr 
								müavini, 15 nömrəli məktəbin alman dili müəllimi 
								Leyla Qasımzadə və başqaları çıxış edərək 
								görülmüş işlərlə bağlı öz fikirlərini 
								söyləmişlər. 
								
								
								Tədbirdə 27 nömrəli məktəbin müəllimi M.Zeynalov 
								açıq səsvermə yolu ilə ikinci dəfə təhsil şöbəsi 
								veteran müəllimlər şurasının sədri seçilmişdir. 
								
								
								Eyni zamanda yığıncaqda respublika veteran 
								müəllimlərin konfransında  iştirak  etmək  üçün  
								14  nəfərin  adı  müəyyənləşmişdir. 
								
								
								
								ƏDALƏT  |