| 
								 
								
								Bu günlərdə Fransa Respublikası Georgi-Pontuase 
								Universiteti (UCP) Versal Akademiyasının (İUFM) 
								direktoru Jan-Pyer Şovalye və həmin institutun 
								beynəlxalq əlaqələr üzrə direktoru Liliyan Lö 
								Pöran təcrübə mübadiləsi məqsədilə Azərbaycan 
								Müəllimlər İnstitutu, onun Şəki və Mingəçevir 
								filiallarında olmuşlar. Bir həftə davam edən 
								səfər zamanı qonaqlar Azərbaycan Müəllimlər 
								İnstitutunda müxtəlif məzmunlu görüşlər keçirib, 
								təcrübə mübadiləsi aparmışlar. Qonaqlar əlavə 
								təhsil sahəsində institut əməkdaşlarının 
								müxtəlif mövzularda təqdimatlarını dinləmiş, 
								aparılan araşdırmalar və tədqiqatlarla tanış 
								olmuşlar. 
								
								
								Səfər müddətində qonaqlar Azərbaycan Müəllimlər 
								İnstitutunda son illərdə yaradılmış işgüzar 
								şəraitdən, yeni təlim texnologiyalarının, yeni 
								innovasiyaların tədris prosesində nəzərə 
								alınmasından, informasiya-kommunikasiya 
								texnologiyalarından səmərəli istifadə 
								olunmasından razı qaldıqlarını bildirmişlər.
								 
								
								
								Səfərin yekunu olaraq hər iki ali təhsil 
								müəssisəsində əməkdaşlıq fəaliyyətinin inkişaf 
								etdirilməsi, tədqiqatlar və araşdırmalar 
								aparılması və digər məsələlərlə bağlı ikitərəfli 
								müqavilə imzalanıb.  |