| 
								 
								
								 Məktəbin 
								builki məzunu Qasım Qasımzadə ABŞ-da təhsilini 
								davam etdirmək üçün qəbul imtahanlarını 
								müvəffəqiyyətlə verərək respublikada ən yüksək 
								göstəricilər nümayiş etdirmiş və dünyanın 
								tanınmış bir neçə universitetlərinə eyni zamanda 
								qəbul olunmuşdur. O, kompüter mühəndisliyi 
								ixtisası üzrə 16 Nobel mükafatı laureatı 
								yetişdirmiş Case Western Reserve Universitetində 
								təhsil alacaqdır. Riyaziyyat və fizika 
								elmlərində xüsusi istedada malik olmaqla yanaşı, 
								aparıcı kompüter dil proqramlarını da mükəmməl 
								bilən Q.Qasımzadə Təhsil Nazirliyinin keçirdiyi 
								"Gənc kompüter istedadları" müsabiqəsinin qalibi 
								olmuş və birinci dərəcəli diplomla təltif 
								olunmuşdur. Azərbaycan Respublikası 
								Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş 
								"2007-2015-ci illərdə Azərbaycan gənclərinin 
								xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" 
								çərçivəsində təhsilini davam etdirəcək  
								istedadlı həmyerlimiz Dövlət Neft Şirkətinin 
								xüsusi komissiyasından keçərək şirkətin 
								təqaüdünə layiq görülmüşdür. Q.Qasımzadə əldə 
								etdiyi nailiyyətlərdə Z.Əliyeva adına məktəbin 
								direktoru M.Vəliyevanın və müəllimlərinin 
								əməyinin, şagirdlərə göstərdikləri qayğının 
								böyük əhəmiyyəti olduğunu vurğulamışdır. O, 
								xaricdə dövlət vəsaiti hesabına təhsil almaq 
								imkanını yaradan möhtərəm Prezidentimiz İlham 
								Əliyevə öz dərin təşəkkürünü bildirmişdir. 
								Q.Qasımzadə göstərilən etimadı doğruldacağına, 
								ölkəmizin adını daim yüksəkdə tutacağına söz 
								vermişdir. 
								
								
								Y.ƏLİYEV  |