| 
								 
								
								Təhsil Nazirliyindən AzərTAc-a bildirmişlər ki, 
								yeni tədris ilində orta məktəblərin XI sinif 
								şagirdləri üçün yeni "İnformatika" dərsliyi 
								istifadəyə veriləcəkdir. Dərslik məzmununa görə 
								əvvəlkindən tamamilə fərqlənir.  
								
								Bundan əvvəlki "İnformatika" dərsliyi 10-11-ci 
								siniflər üçün nəzərdə tutulmuşdu və müasir 
								dövrün tələblərinə cavab vermirdi. Ümumilikdə, 
								"İnformatika" dərsliklərinin yeniləşdirilməsi 
								prosesinə 2005-ci ildən, 5-ci sinif 
								dərsliklərindən başlanmışdır. Bu il 11-ci sinif 
								üçün "İnformatika"nın hazırlanması ilə bu 
								dərsliklərin tamamilə yeniləşdirilməsi prosesinə 
								yekun vurulmuşdur. 3-cü siniflər üçün yeni 
								kurikuluma uyğun olaraq "İnformatika" dərsliyi 
								də yenidən hazırlanmışdır. Bu dərslik də 
								sentyabrda şagirdlərin istifadəsinə 
								veriləcəkdir.  |