| 
								 
								
								 Avqustun 
								1-də Beynəlxalq İnformasiya Mərkəzinin (BİM) 
								sədri, "Milli Qəhrəmanlar" qəzetinin baş 
								redaktoru Mirbəşir Seyidzadənin təşkilatçılığı 
								ilə Milli Qəhrəmanların ailə üzvləri, bir qrup 
								ziyalı və ictimaiyyət nümayəndələri Biləsuvar 
								rayonuna gələrək Azərbaycanın Milli Qəhrəmanı 
								Mübariz Ağakərim oğlu İbrahimovun ailə üzvləri 
								ilə görüşüblər.  
								
								
								Əvvəlcə görüş iştirakçıları rayon mərkəzindəki 
								ulu öndər Heydər Əliyev parkında ümummilli 
								liderin abidəsini ziyarət edərək önünə gül-çiçək 
								dəstələri qoyublar. Milli Qəhrəmanın doğulduğu 
								Əliabad kəndində keçirilən görüşdə Mübarizin 
								uşaqlıq illəri və xidmətdə olduğu dövrlər 
								xatırlanıb. 
								
								
								Görüşün sonunda Milli Qəhrəman Mübariz 
								İbrahimovun atasına, oğlunun əziz xatirəsinə 
								həsr edilmiş, Azərbaycanın xəritəsi və üçrəngli 
								bayrağı üzərində Mübarizin əksi olan portret, 
								"Milli Qəhrəmanlar Zirvəsi" kitabı hədiyyə 
								olunub. 
								
								
								
								ƏDALƏT  |