| 
								 
								
								Yeni dərs ili ərəfəsində Mingəçevir şəhərində 2 
								orta ümumtəhsil ocağı və bir şahmat məktəbi üçün 
								yeni binanın tikintisi başa çatdırılmışdır.
								 
								
								
								Mingəçevir Şəhər Təhsil Şöbəsindən bildirmişlər 
								ki, regionların sosial-iqtisadi inkişafı Dövlət 
								Proqramına uyğun olaraq şəhər 5 saylı orta 
								məktəb üçün, "Azərenerji" QSC-nin maliyyə 
								dəstəyi ilə texniki-hümanitar lisey üçün, Təhsil 
								Nazirliyinin vəsaiti hesabına şahmat məktəbi 
								üçün müasir üslubda yeni bina inşa edilmişdir. 
								Təhsil ocaqları yeni dərs ilində istifadəyə 
								veriləcəkdir. Təhsil şöbəsinin daxili imkanları 
								hesabına şəhərin digər orta məktəbləri və uşaq 
								bağçaları da cari təmir edilmişdir.  
								
								
								Xatırladaq ki, 2003-cü ildən bəri Mingəçevirdə 4 
								məktəb binası əsaslı təmir edilmiş, 4-ü üçün 
								yeni bina tikilmişdir.  
								
								
								
								AzərTAc  |