| 
								 
								
								 XXI 
								əsr Azərbaycan ədəbiyyatşünaslığında öz 
								dəst-xəti ilə  tanınan   filologiya elmlər 
								doktoru, ADPU-nun professoru Təyyar Salamoğlunun 
								yeni çapdan çıxmış "Tarixi  və çağdaş ədəbi 
								prosesə dair araşdırmalar" əsəri   3 bölmədən 
								ibarətdir. Birinci bölmədə müasir Azərbaycan 
								ədəbiyyatında xüsusi mövqeyi olan  
								yazıçılarımızdan M.Cəlalın, İ.Şıxlının, 
								İ.Hüseynovun roman yaradıcılığına aid yeni 
								araşdırmalar yer almışdır. Müəllif M.Cəlalın və 
								İ.Şıxlının əsərlərinin  elmi təhlilini verir, 
								onların milli və bəşəri məzmununun vəhdəti, 
								estetik mükəmməlliklə şərtlənən müasirliyini üzə 
								çıxarır. 
								
								
								İkinci bölmədə  Azərbaycan ədəbi-tənqidinin 
								tarixinə dair məqalələr toplanmışdır. Bu 
								məqalələrdə M.F.Axundov, F.Köçərli, Ə.Hüseynzadə 
								və XX əsr romantik sənətkarlarının ədəbi-tənqid 
								sahəsindəki fəaliyyətləri polemik mövqedən 
								araşdırılır və ümumiləşdirilir. 
								
								
								Üçüncü bölmədə isə  müasir ədəbi prosesə dair 
								son illərdə qələmə alınan və müəllifin əvvəlki 
								kitablarında yer almayan məqalələri verilmişdir. 
								
								
								Bu il 50 yaşını  yenicə qeyd edən Təyyar 
								müəllimə elmi-pedaqoji fəaliyyətində və  
								yaradıcılığında  uğurlar arzulayırıq. 
								 
								
								
								
								Şakir CƏFƏROV, 
								ADPU-nun doktorantı  |