| 
								 
								
								 Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla 
								keçirilən psixo-sosioloji bərpa - inkişaf 
								tədbirlərinin davamı olaraq yay mövsümündə əlil, 
								valideyn himayəsindən məhrum və aztəminatlı 
								ailələrdən olan uşaqlar üçün Yay Sağlamlıq 
								Düşərgəsi təşkil edilir. Qusar rayonunun Yasab 
								kəndində təşkil edilən Yay Sağlamlıq 
								Düşərgəsində hazırda 2 nömrəli valideyn 
								himayəsindən məhrum olmuş uşaqlar üçün 
								internat-məktəbin və "Oriqami" qeyri-hökumət 
								təşkilatının himayəsində olan 42 uşaq və 
								yeniyetmə dincəlir. 
								
								
								Onlara 11 nəfərdən ibarət pedaqoji və texniki 
								heyət xidmət göstərir. 
								
								
								Təlim, əyləncəli oyunlar və mütəhərrik komanda 
								yarışları uşaqlarda xoş əhval-ruhiyyə yaradır, 
								onların ahəngdar inkişafına yardım edir. 
								
								
								Müntəzəm olaraq uşaq və yeniyetmələr üçün ətraf 
								ərazilərə maraqlı ekskursiyalar təşkil edilir, 
								onlar təbiətin gözəlliklərini seyr edirlər. 
								
								
								
								Namiq NƏCƏFOV, 
								"Oriqami" uşaq və  
								yeniyetmələr İctimai  
								Birliyinin sədri   |