| 
								 
								
								 Azərbaycan 
								Respublikasının Prezidenti İlham Əliyevin "Ən 
								yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim 
								mükafatlarının təsis edilməsi haqqında" 
								imzaladığı tarixi Sərəncam Bakının Maştağa 
								qəsəbəsindəki 187 nömrəli orta məktəbin pedaqoji 
								kollektivini də  sevindirdi. Bütün uğurlarını və 
								çətinliklərini düzgün təhlil edərək imkanlarını 
								səfərbər edən bu təhsil müəssisəsi də  şəffaf və 
								ədalətli qaydada keçirilən "Ən yaxşı ümumtəhsil 
								məktəbi"nin builki müsabiqəsinə  qatıldı. 
								Hazırda ölkənin ən yaxşı  məktəbləri sırasında 
								yer qazanan 187  nömrəli orta məktəbin pedaqoji 
								kollektivi bu yüksək mükafata və təhsilə 
								göstərilən diqqət və qayğıya görə dövlətimizin 
								başçısına   minnətdarlığını bildirir.  
								 
								
								
								Məktəbin direktoru Nailə Məmmədova bildirdi ki, 
								keçən  dərs ilində məktəbi bitirən məzunların 32 
								nəfəri ali, qalanları isə orta ixtisas və peşə 
								məktəblərinə qəbul olunub. Bu təhsil müəssisəsi 
								respublikada  təcrübəsi  yayılmış baza məktəbi 
								olmaqla bərabər, həm də "Öyrədənlərin öyrədəni" 
								sertifikatını alıb. 
								
								
								2009-2010-cu tədris ilində  bu təhsil ocağında 
								bütün fənlər üzrə  "açıq dərs"lər təşkil olunub, 
								"dəyirmi masa"lar keçirilib. Milli Kurikulumun 
								öyrənilməsi və tətbiqi  həmişə  diqqət 
								mərkəzində saxlanılıb. Şagirdlərin müxtəlif fənn 
								olimpiadalarında uğurlu nəticələr qazanmasında 
								müəllimlərdən Zərxanım Əsgərova, Arzu Rüstəmova, 
								Validə Qədimova və başqalarının zəhməti böyük 
								olub. Məktəbin təcrübəli pedaqoqları şagirdlərin 
								təlim-tərbiyəsində, gənc müəllimlərin pedaqoji 
								ustalığının artırılmasında  bütün qüvvələrini 
								sərf edirlər. 
								
								
								
								Şakir CƏFƏROV  |