| 
								 
								
								 "Xalq 
								kompüteri" layihəsinin ikinci mərhələsi üzrə 7 
								min 893 kompüter və lisenziyalı proqram təminatı 
								satılmışdır.  
								
								
								Layihənin işçi qrupundan AzərTAc-a verilən 
								məlumata görə, bu mərhələdə layihənin əsas 
								məqsədi yalnız orta məktəb müəllimləri deyil, 
								digər sosial təbəqələrin də müasir kompüter və 
								lisenziyalı proqram təminatını güzəştli 
								şərtlərlə əldə etməsi üçün şərait yaratmaq, 
								bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə 
								rəqəmli geriliyi azaltmaq, Azərbaycan 
								hökumətinin informasiya cəmiyyətinin inkişaf 
								etdirilməsi istiqamətində apardığı fəaliyyəti 
								dəstəkləməkdir.  
								
								
								Rabitə və İnformasiya Texnologiyaları və Təhsil 
								nazirlikləri, HP, "Microsoft" şirkətlərinin 
								birgə həyata keçirdikləri layihə çərçivəsində 
								kompüterlər bazar qiymətindən 25-40 faiz aşağı 
								qiymətlərlə, güzəştli şərtlərlə 12 aylıq faizsiz 
								kreditlə təqdim olunur. Kompüterlərin təchizatı 
								ilə HP-nin yerli tərəfdaşı - "Bestcomp Group" 
								şirkəti məşğul olur.   |