| 
								 
								
								Amerika Birləşmiş Ştatları (ABŞ) Beynəlxalq 
								Tədqiqatlar və Mübadilələr Şurasının (İREX) 
								Azərbaycan nümayəndəliyi ABŞ Dövlət 
								Departamentinin maliyyə dəstəyi ilə "Qlobal 
								Tələbə Mübadiləsi Proqramı" (UGRAD) çərçivəsində 
								ölkəmizin ali təhsil müəssisələrinin I, II və 
								III kurs tələbələri üçün müsabiqə keçirmişdir.
								 
								
								
								Üç mərhələdə keçirilən müsabiqənin 10 nəfər 
								qalibi olmuşdur. Qaliblər avqustda ABŞ-a gedəcək 
								və bu ölkənin universitetlərində müxtəlif 
								ixtisaslar (mühasibat, kənd təsərrüfatı, 
								biologiya, biznes, kompüter elmi, iqtisadiyyat, 
								mühəndislik, turizmin idarə edilməsi və s.) üzrə 
								1 il müddətində dərəcəsiz təhsil alacaqlar.
								  |