| 
								 
								
								Bakı məktəblərində fransız dilini öyrənən 
								şagirdlər üçün ənənəvi "Mən fransızca danışıram" 
								müsabiqəsinin birinci seçmə turu olmuşdur. "Kainat" 
								gənclər mərkəzinin və Bakıdakı Fransız 
								Mədəniyyəti Mərkəzinin hər il keçirdiyi bu 
								müsabiqəyə Fransanın "Total" şirkətinin 
								Azərbaycandakı nümayəndəliyi sponsorluq edir.
								 
								
								
								Bakıdakı orta məktəblərin 30-a yaxın şagirdinin 
								iştirak etdiyi müsabiqənin birinci mərhələsində 
								yarışlar iki yaş qrupunda - 5-7-ci və 8-11-ci 
								sinif şagirdləri arasında keçirilmişdir. 
								Bakıdakı orta ümumtəhsil məktəblərinin fransız 
								dili müəllimləri şagirdlərin yazı vərdişlərini 
								yoxlamış, onlarla müsahibə aparmışlar. 
								 
								
								
								"Mən fransızca danışıram" müsabiqəsinin birinci 
								seçmə turunun qalibləri aprelin 20-də 
								keçiriləcək final mərhələsində iştirak edəcəklər. 
								  
								
								
								
								AzərTAc  |