| 
								 
								
								Aprelin 13-də Azərbaycan Beynəlxalq 
								Universitetində  görkəmli dövlət xadimi, məşhur 
								pedaqoq, həkim, dramaturq, nasir, publisist 
								Nəriman Nərimanovun anadan olmasının 140-cı 
								ildönümünə  həsr olunmuş elmi-praktik konfrans 
								keçirildi.  
								
								
								Tədbiri giriş sözü ilə Azərbaycan Beynəlxalq 
								Universitetinin rektoru, hüquq elmləri doktoru, 
								professor Elşad Abdullayev açaraq konfransın 
								əhəmiyyəti haqda danışdı.  
								
								
								Sonra "N.Nərimanov tədqiq edildikcə yüksələn 
								şəxsiyyətdir" mövzusunda məruzə edən akademik 
								Hüseyn Əhmədov bildirdi ki, XIX əsrin sonu, XX 
								əsrin əvvəllərində  yaşayıb - yaratmış Nəriman 
								Nərimanov xalqın maariflənməsi və milli 
								dirçəlişində mətbuatın roluna  böyük əhəmiyyət 
								verirdi. Sözün əsl mənasında da N.Nərimanov 
								Azərbaycanın məktəb və pedaqoji fikir  tarixində 
								özünəməxsus orijinal fikirlərə malik bir sima 
								idi.    
								
								
								BDU-nun professoru, filologiya elmləri doktoru  
								Alxan Bayramoğlu "Nəriman Nərimanov və 
								azərbaycanlıların mart soyqırımı məsələsi", 
								Azərbaycan Respublikası Prezidenti yanında 
								Dövlət İdarəçilik Akademiyasının dosenti 
								Firdovsiyyə Əhmədova "N.Nərimanov ictimai-siyasi 
								xadim kimi", ABU-nun professorlarından İslam 
								Zeynalov "Görkəmli dövlət xadimi" və Xəlil 
								Köçərli "N.Nərimanovun publisistikasında milli 
								oyanış problemləri" mövzularında məruzələr 
								etdilər.  
								
								
								Sonra konfrans öz işini ayrı-ayrı bölmələr üzrə 
								davam etdirməklə başa çatdırdı.   
								
								
								
								Şakir CƏFƏROV  |