| 
								 
								
								Aprelin 14-də təhsil naziri Misir Mərdanov 
								Şimali Kipr Türk Respublikasının Doğu Akdəniz 
								Universitetinin rektoru Abdullah Öztoprakın 
								başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.  
								
								
								Qonaqların Azərbaycana gəlişindən məmnunluğunu 
								ifadə edən nazir iki ölkə arasında təhsil 
								sahəsində əməkdaşlığın genişləndirilməsi 
								istiqamətlərindən söz açıb. Nazir Doğu Akdəniz 
								Universitetinin Azərbaycandakı ali təhsil 
								müəssisələri ilə əlaqələrinin yaradılmasının, 
								birgə elmi konfransların keçirilməsinin, 
								ölkəmizin təhsil işçilərindən ibarət olan 
								nümayəndə heyətinin qeyd olunan universitetlə 
								tanışlıq üçün həmin ölkəyə səfər  etməsinin 
								önəmli olduğunu vurğulayıb.  
								
								
								Doğu Akdəniz Universitetinin rektoru Abdullah 
								Öztoprak öz növbəsində rəhbəri olduğu ali təhsil 
								ocağı barədə nazirə məlumat verərək qeyd edib ki, 
								hazırda burada 37 azərbaycanlı tələbə təhsil 
								alır və 10-dək müəllim müxtəlif ixtisaslar üzrə 
								çalışır. Sonra qonaq Doğu Akdəniz 
								Universitetinin tarixi, mövcud olan ixtisaslar 
								barədə danışıb, habelə ikitərəfli əməkdaşlığın 
								inkişaf etdirilməsinin xüsusi əhəmiyyəti 
								olduğunu vurğulayıb.  
								
								
								Görüşdə Doğu Akdəniz Universiteti ilə ölkəmizdə 
								fəaliyyət göstərən müvafiq kollec və bir neçə 
								ali təhsil müəssisəsi arasında müxtəlif  
								istiqamətdə  əlaqələrin qurulması,  azərbaycanlı 
								tələbələrin həmin universitetdə təhsil almaları 
								və bu işin həyata  keçirilməsi  barədə geniş  
								fikir  mübadiləsi aparılıb.  |