| 
								 
								
								Bakıdakı 44 nömrəli  orta məktəbdə  "İstedadlı 
								şagirdlərin üzə çıxarılmasında  müəllimlərin 
								rolu" adlı  "dəyirmi masa" keçirildi. 
								
								Çıxış edən müəllimlər  tədris prosesində  
								istedadlı  şagirdlərlə  necə  işləmələrindən, 
								onların istedadlarını daha da  inkişaf etdirmək 
								üçün gördükləri işlərdən söhbət açdılar. 
								Azərbaycan dili və ədəbiyyat  müəllimi  Şəfaqət 
								Mirzəyeva  isə   qeyd etdi ki,  istedadlı 
								uşaqlar üçün  müxtəlif təlim metodlarından 
								istifadə olunur. İnteraktiv təlim  metodları 
								şagirdlərin istedad və  bacarığını üzə çıxarmaq 
								üçün ən yaxşı vasitədir.  
								
								
								Sonra  istedadlı  şagirdlər  müxtəlif  şeir  
								nümunələri  ilə  çıxış  etdilər.  Tədbirin  
								sonunda şagirdlərin  əl  işlərindən  ibarət  
								sərgiyə  baxış keçirildi.  
								
								
								
								Sifai SƏFƏROVA    |