| 
								 
								
								Aprelin 12-də BDU-nun rektoru, akademik Abel 
								Məhərrəmov Türkiyənin ölkəmizdəki səfiri Hulusi 
								Kılıcı qəbul edib. Görüşdə Azərbaycan-Türkiyə 
								münasibətləri, o cümlədən təhsil sahəsində fikir 
								mübadiləsi aparılıb. Universitetdə təhsil alan 
								türkiyəli gənclər haqqında danışan rektor qardaş 
								Türkiyənin Azərbaycana tələbə göndərərkən daha 
								savadlılarına üstünlük verməsinin 
								gərəkliliyindən bəhs edib. Səfir Hulusi Kılıc 
								Okan Universiteti rəhbərliyinin BDU-ya gəlmək 
								niyyətlərini və azərbaycanlı tələbələrin 
								adıçəkilən universitetdə təhsi almaları üçün 
								maraqlı olduqlarını bildirib. Sonra səfir rektor 
								A.Məhərrəmovu Türkiyə universitetlərini ziyarətə 
								dəvət edib.  
								
								
								Görüş sosial elmlər və psixologiya fakültəsində 
								davam etdirilib. Adıçəkilən fakültədə TİKA və 
								Gəncliyə Yardım Fondu tərəfindən qurulan, 12-13 
								nəfər tələbənin kompüterlə sərbəst işləyəcəyi 
								otağın açılışı olub. Azərbaycan-Türkiyə 
								dostluğunun, qardaşlığının daimi olduğunu 
								söyləyən akademik Abel Məhərrəmov ümummilli 
								lider Heydər Əliyevin "Bir millət, iki dövlət" 
								fikrini yada salaraq  göstərdikləri diqqətə, 
								qayğıya görə Türkiyə Böyükelçiliyinə, TİKA və 
								Gəncliyə Yardım Fondunun rəhbərlərinə təşəkkür 
								edib. "Sizinlə işləməyə hər zaman hazırıq", - 
								deyən səfir isə öz növbəsində ölkələrarası 
								münasibətlərin inkişafından, təhsil sahəsində 
								qurulan əməkdaşlıqdan son dərəcə məmnun olduğunu 
								bildirib. Daha sonra 50 nəfərlik konfrans 
								otağına baxış keçirilib.  
								
								
								Fəlsəfə tarixi kafedrasının müdiri, professor 
								Rəbiyyət Aslanova BDU-nun rəhbərliyinə və 
								fakültəyə göstərdikləri diqqətə görə səfirlik 
								işçilərinə təşəkkür edib.  
								
								
								Görüş qarşılıqlı maraq doğuran fikir mübadiləsi 
								əsasında başa çatıb.   
								
								
								Nizami MİRZƏ 
								  |