| 
								 
								
								Mayın 7-də  Bakı Pedaqoji  Kadrların 
								İxtisasartırma və Yenidənhazırlanma 
								İnstitutunda  ümummilli  lider  Heydər Əliyevin  
								anadan olmasının  87-ci ildönümünə  həsr edilmiş 
								"Heydər Əliyev və Azərbaycanın inkişafı"  
								mövzusunda elmi-praktik  konfrans keçirildi. 
								
								
								 Giriş 
								sözü ilə  konfransı açan  rektor, professor Asəf 
								Zamanov  görkəmli dövlət xadimi, tariximizə  
								qurucu xilaskar kimi daxil olmuş ümummilli lider 
								Heydər Əliyevi  xalqımızın taleyində, 
								iqtisadi-siyasi, mənəvi həyatında  misilsiz 
								xidmətlər göstərən  dahi şəxsiyyət  kimi 
								səciyyələndirdi. Qeyd etdi ki, Heydər Əliyev  
								şəxsiyyətinin  müdrikliyi,  böyüklüyü ondadır 
								ki, onun düşüncələri, əməli  fəaliyyəti  təkcə 
								bu günlə məhdudlaşmamış, həm də  uzaq gələcəyə 
								ünvanlanmışdır. Azərbaycan tarixinin 1969-cu 
								ilin 14 iyulundan sonrakı dövrünün  əhatəli 
								təhlili  və qiymətləndirilməsi  belə bir 
								həqiqəti aşkar edir ki,  Heydər Əliyevin 
								respublikaya rəhbər seçilməsindən sonra 
								ölkəmizin  ictimai-siyasi həyatında, o cümlədən  
								maarif və təhsil sahəsində  açıq müşahidə edilən 
								tənəzzül  prosesinə  son qoyuldu. 70-80 -ci  
								illərdə  Azərbaycan intibahını şərtləndirən, onu 
								səciyyələndirən  mühüm amillər sırasında  
								təhsilin,elmin, mədəniyyətin  yüksəlişi  
								xüsusilə  diqqəti cəlb edir.Həmin dövrdə  
								məktəblərin texniki və elmi-metodiki  
								vasitələrlə  təminatı  əsaslı şəkildə  
								yaxşılaşdı. 1978-ci ildə  fizika və kimya 
								kabinetləri ilə təminat  92,2 faizə,  
								məktəblərin kitabxana ilə təminatı isə  97,9 
								faizə yüksəlmişdi. Ali təhsilin kəmiyyət  və 
								keyfiyyətcə  yüksəlişinin əsasını da  ümummilli 
								lider qoymuşdur. Heydər Əliyevin uzaqgörənliklə 
								əsasını qoyduğu  təhsil ənənələri sırasında  
								azərbaycanlı gənclərin respublikamız  üçün  
								gərəkli  ixtisaslara yiyələnmələrindən  ötrü 
								keçmiş sovetlər  ölkəsinin qabaqcıl ali 
								məktəblərinə  göndərilməsi təcrübəsi xüsusi yer 
								tutur. Hər il qabiliyyətli  gənclərin böyük bir 
								hissəsinin SSRİ-nin  elm və tədris  ənənələri  
								ilə tanınmış  qabaqcıl ali məktəblərinə 
								göndərilməsi Heydər Əliyevin uzaqgörən 
								siyasətinə  ən bariz nümunədir. Bundan əlavə, 
								gənclərin böyük bir dəstəsi  ölkənin  ali hərbi  
								məktəblərinə, Kiyev Mülki Aviasiya İnstitutuna, 
								Patris Lumumba adına Xalqlar Dostluğu 
								Universitetinə, Ümumittifaq Dövlət 
								Kinematoqrafiya  İnstitutuna qəbul olunurdular. 
								Bu yolla ulu öndər Azərbaycanın o dövr üçün ən 
								vacib  olan  elm və kadr potensialının  
								möhkəmlənməsinə nail olmuşdur. Artıq 1981-ci 
								ildə Moskva, Leninqrad (indiki 
								Sankt-Peterburq),  Kiyev  və digər şəhərlərin  
								qabaqcıl ali məktəblərində  244 ixtisas üzrə  
								3600-dən çox azərbaycanlı  oğlan və qız  təhsil 
								alırdı. Bu gün  Azərbaycan təhsilində  qlobal  
								dəyişikliklər, yeniləşmə prosesi gedir. 
								Müstəqil  Azərbaycanın gələcəyi, milli 
								müstəqilliyimizin taleyi  çağdaş təhsilimizin  
								uğurlarından asılıdır. Heydər Əliyevin  zəngin 
								yaradıcılıq irsi, şəxsi nümunəsi  və dövlətçilik 
								fəaliyyəti  gənc nəslin  milli və ümumbəşəri 
								dəyərlər zəminində  tərbiyə  olunması, təhsil 
								alması  işinin səmərəli təşkili  üçün ən 
								qiymətli  mənbədir. Heydər Əliyevin  bu günə və 
								gələcəyə ünvanlanan ideyaları onun siyasi varisi 
								Prezident  İlham Əliyev tərəfindən uğurla həyata 
								keçirilir.  
								
								
								Millət vəkili, AMEA-nın müxbir üzvü, professor 
								Nizami Cəfərov  geniş və əhatəli çıxışında  türk 
								dünyasının  lideri  Heydər Əliyevi  "Dahiliyin 
								zirvəsi" adlandırdı. Akademik Asəf Nadirov 
								"Heydər Əliyev və Azərbaycanda sosial-iqtisadi 
								yüksəliş" mövzusunda danışdı. BPKİYİ-in  
								Psixologiya kafedrasının müdiri, psixologiya 
								elmləri namizədi   Hökümə Əliyevanın 
								hazırladığı  təsviri kompozisiyada  ulu öndər  
								Heydər  Əliyev  bir çox tarixi şəxsiyyətlərlə 
								müqayisə olundu, kafedra müdiri, dosent  Aydın  
								Paşayev  "Pedaqoji kadrların  
								ixtisasartırmasının  formalaşmasında  Heydər 
								Əliyevin rolu" mövzusunda  məruzə etdi. 
								Binəqədi  Rayon İcra Hakimiyyəti başçısının 
								müavini  Vüsal İsmayılov, Bakı  Şəhəri üzrə 
								Təhsil  İdarəsinin müdir müavini  Hüseyn 
								Əsgərov  dahi şəxsiyyət  Heydər Əliyevin  
								təhsilin inkişafındakı  böyük xidmətlərindən  
								söz açdılar.  
								
								
								Sonda rektor Asəf Zamanov "Peşəkarlığın inkişaf 
								vektoru" mövzusunda  ustad dərslərinin  bir qrup 
								müdaviminə  sertifikatlar təqdim etdi.  
								
								
								Sifai SƏFƏROVA 
								  |