| 
								 
								
								 Bakıdakı 
								298 nömrəli orta məktəbdə şair Musa Ələkbərlinin 
								anadan olmasının 60 illiyinə həsr olunmuş 
								"Tanrının dediklərini yazan şair" adlı 
								ədəbi-bədii gecə keçirildi. 
								
								
								Gecəni giriş sözü ilə məktəbin direktoru Şaiqə 
								Hüseynova açdı. Məktəbin direktor müavini, 
								Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə 
								Xatirə Rəhimbəyli Musa Ələkbərlinin həyat və 
								yaradıcılığı  haqqında ətraflı məlumat verdi.
								 
								
								
								Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi 
								Aytən Qurbanova Musa Ələkbərli yaradıcılığının 
								əsas məziyyətləri haqqında danışdı.  
								
								
								Sonra tədbirə dəvət olunmuş şairin qələm 
								dostları çıxış etdilər. Prezident təqaüdçüsü, 
								"Azərbaycan dəmiryolçusu" qəzetinin redaktoru 
								Vasif Süleyman Musa Ələkbərlinin  1985-90-cı 
								illərdə rəhbərlik etdiyi "Pərvanə" ədəbi 
								məclisinin fəaliyyətindən, Prezident təqaüdçüsü, 
								şair Faiq Balabəyli  isə Musa Ələkbərli ilə 
								bağlı xatirələrindən söz açdılar.  
								
								
								Məktəbin şagirdləri Musa Ələkbərlinin 
								şeirlərindən nümunələr söylədilər.  
								
								
								Sonda yubilyar tədbiri təşkil etdiklərinə görə 
								məktəbin pedaqoji və şagird kollektivinə 
								minnətdarlıq etdi və yeni şeirlərini oxudu.
								 
								
								
								
								Aytəkin SƏFƏROVA  |